Xəbər lenti
Deputat Sumqayıtda sertifikatlaşdırma imtahanlarını izləyib

Xəbər verdiyimiz kimi 20-24 iyun tarixlərində ölkəmizdə sertifikatlaşdırma imtahanları keçirilib.
Manevr.az-ın xəbərinə görə,Bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə, deputat Müşfiq Məmmədli, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri Sumqayıt şəhərində təşkil edilmiş 1 mərkəzdə keçirilən test imtahanlarını izləyib.
Qeyd efək ki, sertifikatlaşdırma imtahanları Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Sumqayıt şəhərində keçirilən imtahanlara Sumqayıt, Abşeron, Xızı rayonlarında ümumtəhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar.
İmtahanlar ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub. 20 000-ə yaxın müəllim ibtidai sinif, 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunub.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar