Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli BSU-da imtahan sessiyasının gedişatını izlədi - Şəkil

Tarix: 26-06-2023 14:46     Baxış: 3424 A- / A+

İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişatını izləmək məqsədilə mediatur keçirilib.
Manevr.az xəbər verir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bir neçə depurat həmkarı ilə tədbirdə iştirak edib. 
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev bildirib ki, imtahanlarda bakalavriat və magistratura səviyyələri üzrə 3868 tələbə iştirak edir. O, qeyd edib ki, bu il ilk dəfə olaraq əsas binada keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub.
Rektor 13 iyun 2000-ci il tarixində Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun fəaliyyətə başladığını deyib. Anar Nağıyev həmin dövrdən başlayaraq profili genişləndirilən universitetin yeni spektr üzrə müxtəlif ixtisaslarda kadr hazırlığını həyata keçirdiyini diqqətə çatdırıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar