Xəbər lenti
Məktəb direktoru olmaq istəyənlər üçün imtahan keçiriləcək
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, 1889 namizədin dəvət edildiyi test imtahanları 6 iyul tarixində ölkə üzrə 8 şəhər olmaqla 9 imtahan mərkəzində təşkil olunacaq.
“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.
Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları yerləşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar