Xəbər lenti
Deputat Sumqayıt şəhərində təşkil edilən test imtahanını izlədi

Xəbər verdiyimiz kimi dünəndən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.
İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Milli Məclisin deputatı Müşfiq Məmmədli bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə iyunun 22-də Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri ilə birlikdə Sumqayıt şəhərində təşkil edilmiş 1 mərkəzdə keçirilən test imtahanlarını izləyib.
Deputatın Manevr.az-a verdiyi məlumata görə, sertifikatlaşdırma imtahanları Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Sumqayıt şəhərində keçirilən imtahanlara Sumqayıt, Abşeron, Xızı rayonlarında ümumtəhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar.
Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































