Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xüsusi qabiliyyət imtahanlarına start verildi

Tarix: 18-06-2023 18:37     Baxış: 3171 A- / A+

İyunun 18-dən etibarən Bakı şəhərində ali təhsil müəssisələrinin Təsviri sənət istiqamətinin dekorativ tətbiqi sənət ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı keçirilməyə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan müddəti 6 saatdır.
Abituriyentlər bu imtahanda A2 formatlı kağız üzərində karandaşla naturadan antik başın rəsmini çəkirlər.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqamətinə aid Şəki şəhərində 521 və 522-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər 17-18 iyun tarixlərində, Lənkəranda 721, 722 və 723-cü komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər isə bu gün imtahanlarda iştirak ediblər. İndiyə qədər 152 abituriyent imtahanda iştirak edib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqaməti üzrə regionlarda olan imtahanlar onlayn qaydada təşkil olunur və 25 iyun tarixinədək davam edəcək. Regionlardakı onlayn imtahanlar Bakı şəhərindən idarə olunur və prosesə nəzarət edilir. Onlayn imtahanlar zamanı komissiya üzvlərinin kimliyi abituriyentlərə açıqlanmır və onların görüntüləri bağlı saxlanılır. Komissiya üzvləri respublikanın ali, orta və ümumi orta təhsil müəssisələrinin müəllim heyəti arasından seçilir.
Xatırladaq ki, Naxçıvan şəhəri üzrə onlayn imtahanlar 19-20 iyun, Gəncə şəhəri üzrə 21-22 və 24 iyun, Bərdə şəhəri üzrə isə 24-25 iyun tarixlərində keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə Bakı şəhərində keçiriləcək imtahanlar əyani qaydada təşkil olunacaq.
19 iyun tarixindən etibarən Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında (Fətəli Xan Xoyski prospekti, 98) ali təhsil müəssisələrinin Bədən tərbiyəsi və idman istiqamətinin 63-cü komissiyası (Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi) üzrə imtahanlara start veriləcək. 63-cü komissiya üzrə abituriyentin ümumi fiziki hazırlıq imtahanından aldığı müsbət qiymət orta ixtisas təhsili müəssisələinin 6401 və 152-ci komissiyalarına da şamil ediləcək.
Ali təhsil müəssisələrinin Teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə qabiliyyət imtahanları da 19 iyun tarixindən etibarən Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə keçirilməyə başlanılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 19493 nəfər, orta ixtisas təhsili müəssisələrinin 11 illik təhsil bazasında ixtisasları üzrə 3850, 9 illik təhsil bazasında ixtisaslar üzrə isə 5470 abituriyent qeydiyyatdan keçib.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ətraflı məlumat verilib. Jurnalın elektron variantını buradan əldə edə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar