Xəbər lenti
Dərslərin başlama vaxtı dəyişdirilir? – Nazirlikdən reaksiya

Sosial Tədqiqatlar Mərkəzi dərs ilinin nə vaxt başlaması ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyib.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də mayın 16-da keçirdiyi brifinqdə “Məndən soruşsanız, misal üçün tədris ili sentyabrın 1-dən başlayarsa, bu, təbii ki, 15-dən başlamaqla müqayisədə nəzəri olaraq daha yaxşıdır” fikrini səsləndirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































