Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş”

Tarix: 05-06-2023 17:51     Baxış: 3252 A- / A+
“Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş”

Nadir İsrafilov,
Təhsil eksperti


Atalar sözündən belə çıxır ki, nə qabağa gedəsən, nə də dala qalasan. Ən salamat yer elə ortalıq bir mövqedə qalmaq imiş...Dünən “Facebook” sosial şəbəkəsindəki şəxsi profilimdə atalar sözünə istinad edərək, bir status paylaşmışdım: “Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.” Üstündən heç beş-on dəqiqə keçməmiş “feysbuk” izləyicilərimdən mənə yaxın olan bir neçə nəfər zəng edərək, zarafatla bu məsəli çəkməkdə nəyə işarə etməyim və nə demək istədiyimlə maraqlandılar. Yəqin çoxları bilir ki, mən adətən səbəb olmadan el məsəllərinə müraciət etmirəm. Nəsə... Allahdan heç nə gizli qalmazsa, bəndəsindən niyə gizli qalsın ki…
Məsələ ondadır Kİ, elə həmin gün növbəti tədbirlərdən birinə gedərkən yol yoldaşlarımdan biri Quba - Xaçmaz Regional Təhsil İdarəsinin müdiri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmasından söz salmışdı. Düzü, mənim üçün son dərəcə gözlənilməz olan bu xəbərdən xeyli məyus olsam da, məsələnin mahiyyətinə o qədər də varmadım, çünki yeri deyildi.
Evə qayıdan kimi, dərhal sosial şəbəkələrdə kiçik bir axtarış apardım. Yol yoldaşımın sözünə şübhə ilə yanaşdığım xəbər bir neçə saytda tirajlanmışdı. Çox üzüldüm. Çünki, Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsinin yaradılmasını dəstəkləyən və ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin ictimaiyyətə təqdim edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikası Təhsil nazirinin müavininin də qatıldığı Regional Təhsil İdarəsi işçilərinin iştirakı ilə keçirilən tədbirin iştirakçılarından biri də mən idim.
Bir də ki, Rüfət Hacıyev haqqında hələ Qəçrəş kənd tam orta məktəbində direktor vəzifəsində çalışdığı dövrdən müəyyən məlumatım var idi. Daha sonra öyrəndim ki, Azərbaycan Dövlət Pedoqoji Univeristetini bitirdikdən sonra Quba rayonunun müxtəlif kənd məktəblərində müəllim, direktor müavini, direktor, Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Quba rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsilərində çalışıb, hərbi xidməti başa vurmağı da öz yerində. 2017-ci ildən Quba rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdu.
Onun Təhsil şöbəsinin müdiri işlədiyi dövrdə Təhsil nazirliyi yanında İctimai Şuranın sədr müavini kimi digər üzvlərlə birlikdə Quba rayonunda olmuş, bir sıra tədbirlərdə iştirak edərkən R. Haçıyevin təhsil ictimaiyyəti arasında nə kimi nüfuza və hörmətə layiq olduğunun bilavasitə şahidi olmuşduq. Regional təhsil idarələri yaradılarkən məhz onun bu idarəyə rəhbər təyin ediləcəyi də çoxları üçün gözlənilən idi. Gözləntilər özünü doğrultdu və bu təyinat ən uğurlu təyinatlardan biri kimi çöxları tərəfindən alqışlandı. Çünki, sıravi müəllimlıkdən təhsili idarəetmənin bütün mərhələlərini keçən bir şəxsin bu posta təyin olunmaması ədalətsizlik olardı. Digər tərəfdən, gənc və perspektivli gənclərə yol açmaq baxımından da bu təyinat başa düşülən idi. Regional Təhsil İdarəsinin müdiri kimi də öz bacarığı və təşəbbüskarlığı ilə fərqləndi, daim gündəmdə oldu.
Və birdən belə bir insident. İnsidentin yaranmasında günahkar axtarmaq və baş verənlərə qiymət vermək məqsədindən uzağam. Çünki, hadisələrin nədən qaynaqlanması və necə cərəyan etməsi barədə tam təəssürata malik deyiləm. Bircə onu deyə bilərəm ki, belə bir xoşagəlməz gedişata gərək yol verilməyəydi. Kim təminat verə bilər ki, sabah və ya o birisi gün belə bir qarşıdurma digər regionlarda baş verməyəcək və yaradılmasına böyük ümid bəslənilən Regional Təhsil İdarələrinni nüfuzunun növbəti dəfə sarsılmasına təsirsiz ötüşməyəcək. Görünür, atalar məsəlində müəyyən bir hikmət varmış: Gərək, nə qabağa gedəsən, nə də dala qalasan. Ən salamat yer elə ortalıq bir mövqedə qalmaqdır... Təəssüf, çox təəssüf...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar