Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?

Tarix: 31-05-2023 11:12     Baxış: 3298 A- / A+


Nadir İsrafilov: “Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?
“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.” 
Heydər Əliyev.
 
Kimin  yarızarafat, yarı gerçək qəbul etməsindən asılı olmayaraq, son günlər "1 sentyabr labirinti" ətrafında yenidən cərəyan edən mübahisə və mükalimələr mənə sanki, son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırladır:
- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur, ağıllanarsan. Əəə… Rəşid, tüfəngini ver ona… Tüfəngi götür, keç bizim tərəfə.
– Niyə dinmirsən…?
– Mən satqın deyiləm Kərbəlayi.
– Bıy…, satqın niyə olursan. Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni öldürmürəm, bağışlayıram…
 
İndi Kərbəlayı İsmayılın sözü olmasın, haçansa, 5-10 il bundan qabaq  havaların bir balaca istiləşməsindən  narahatçılıq keçirib, kimin və ya kimlərinsə qeyri-mücərrəd təfəkkürünün məhsuluna əsaslanıb, bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək. Bir də ki, axı millət də, millətin vəkilləri də bundan narahatçılıq keçirir:  
Bir də ki, “Bu, indi səslənən istək və ya təklif deyil. Bu, dəfələrlə rəsmi məqamlara göndərdiyimiz tələbdir. Həmişə gecikirik. Təhsil nazirimizi birmənalı dəstəkləyirəm. İctimai dəstək verməliyik ki, söz olaraq ortada qalmasın” ; “Mən də Fazil Mustafanın fikirləri ilə razıyam. Burada mərkəzi icra hakimiyyətinin rəyi nəzərə alınmalıdır. Havanın istiləşməsini, insanların yanaşmasını nəzərə alaraq tədrisin sentyabrın 1-i başlayıb, mayın sonunda bitməsi daha uyğun variantdır” ; “Heç kimə sirr deyil ki, tədris ili iyunun 15-də başa çatsa da, may ayının ortalarından sonra məktəblərin yuxarı siniflərində dərslər demək olar keçirilmir. Bunun da bəlli səbəbləri var. Ali məktəblərə imtahan vermiş abituriyentlər yenidən məktəbdə parta arxasına gəlmirlər. Belə vəziyyətdən çıxış yolu nədir? Hesab edirəm ki, ilk növbədə tədris ili 1 sentyabr tarixindən başlamalı və may ayının sonlarında başa çatmalıdır. Əgər bu qayda tətbiq olunarsa, şagirdlərimiz daha çox məktəbdə iştirak edər, nizam-intizam yaranar və dərslərin keyfiyyəti yaxşılaşar” ; "Əslində, bir çox ölkələrdə belədir. Düzdür, bəzi ölkələrdə fərqli də başlayır, amma əksər ölkələrdə müxtəlif formada olsa da, mən düşünürəm ki, Azərbaycan reallığında hazırda ən uyğunu elə sentyabrın 1-dən başlanılmasıdır. Doğru seçim elə dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsidir.”  Daha kimlər nə deyib və nələr deməyiblər...
Bir daha xatırlatmaqaq yerinə düşərdi ki, artıq on ilə yaxınlaşmaq üzrəyik ki, ölkədə dərs ilinin müddəti dəyişdirilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ildən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Beləliklə, dərs ilinin müddətinin neçə ildir ki, dəyişdirilməsinə baxmayaraq, məsələ ilə bağlı narazılıqlar bitmir ki, bitmir. İstər-istəməz sual yaranır. Yəni, bu “1 sentyabr düyünü”nü açmaq bu qədərmi çətindir…?
 
Bəzi saytların manşetə belə çıxardıqları “Azərbaycan təhsil sisteminə etiraz - valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, “müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalarda valideynlər təhsil müddətinə etiraz edirdilər. Hətta dərs müddətinin 1 sentyabr- 25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlanmışdı. Petisiyada bu tarixlərin müəllimə də, şagirdə də, valideynə də sərf etməsi, üstəlik, tədrisin keyfiyyətinə də müsbət təsir göstərməsi bildirilirdi.
Axı, görəsən uzun illərdən bəri alışdığımız ənənəvi “Bilik günü”nü 15 gün geriyə çəkməklə nəyə nail olduq, bundan qazancımız və ya itirdiyimiz nə oldu? Absurd dəyişikliyin nəticələrini təhlil edib, yaxşısını, pisini üzə çıxaran oldumu? Axı bu da milli ənənə olmasa da, uzun illərin sınağından çıxmış bir təcrübə idi. Əgər bütün dövrlərə dair adət və ənənələrimizə hörmətlə yanaşırıqsa, təhsil sahəsində qazandıqlarımızı “Sovet” və ya “Cümhuriyyət” dövrlərinə bölüb, bu ənənələrə biganə yanaşmaq ən yaxşı halda unutqanlıqdan başqa bir şey deyildi. Hələ müstəqilliyimizin ilk illərində qəbul edilmiş, 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuş  - “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” - əsas və başlıca vəzifəmiz olmalı idi.
Əgər, bu ötən illər ərzində Təhsil Nazirliyi “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004-cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanırdısa, təlim yükü azaldlmı? Dərs günlərinin sayının artırılması təlimin keyfiyyətinin yüksəlməsinə hər hansı bir təsir göstərdimi? Yoxsa, bu müddət ərzində repetitor yanına, əlavə olaraq hazırlıq kurslarına gedən şagirdlərimizin sayı azaldı? Bəkə, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək daha faydalı olardı?
Yaranmış vəziyyətə bir daha aydınlıq gətirmək üçün hər ehtimala qarşı Facebook sosial şəbəkəsindəki şəxsi  profilimdə dərs ilinin başlanmasına dair 3 variantdan ən optimal olanı hansı olması barədə kiçik sorğu keçirdim:  A) Əvvəlki (1 sentyabr – 25 may) ; B) İndiki (15 sentyabr – 15 iyun) ; C) Gözlənti (1 sentyabr – 15 iyun) Sorğuda iştirak edənlərin 99, 9 faizi - A) Əvvəlki (1 sentyabr – 25 may) variantını seçdi. Yaxşı, bir halda ki, hətta, nazir də etiraf edirsə ki, uşaqlar indi daha az məktəbə gedirlər… Məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olar.” Onun sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün daha yaxşı olar. Olsun. Dərs ilini daha 2 həftə uzadaq. Bundan təhsilimizin nə əksiyi çıxacaq, nə də artığı olacaq. Təki, nəsə edək, uzun illərdən bəri davam edən müzakirələrə son qoyaq.
Bir də ki, nə qədər ki, dərs ili başa çatmamış imtahanlar keçiriləcək - bir o qədər söz-söhbətlərin də arası kəsilməyəcək. Bununla DİM-in dərs ili başa çatmamış imtahanlar keçirməsini zəruri edən qrafikində yaranan sıxlıq problemi də həll olunmuş olar. Əks təqdirdə 25 və 31 may tarixləri – yaddaşlardan silinməyən "Son zəng"  günləri - bir çoxları üçün hələ uzun illər nostalji hiss  olaraq qalacaq...
 
Nadir İsrafilov, Təhsil eksperti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar