Xəbər lenti
Nadir Israfilov:“Təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək yanlış yanaşmadır.”
"Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”
Heydər Əliyev
Təhsil tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində uzun illərdən bəri qazandıqlarımıza qeyri-obyektivlik göstərmiş, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən ki, niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi və vərdişlərimizi qoruyub saxlamışıq, onlara hörmət, rəğbət bəsləmişik, ancaq təhsil dəyərlərimizə, təhsil ənənələrimizə, vərdişlərimizə isə bir müddət sayğısızlıq göstərərərək, şübhə ilə yanaşmışıq?
Eiraf edək ki, elə bu günün özündə də “Təhsil haqqında” qanuna dəyişikliklərin və digər əlaqədar məsələlərin müzakirələində problemə müasir tələblər baxımından konkret münasibət bildirmək əvəzinə, bunu dərhal siyasiləşdirmək, şəxsi ambisiyalara qapılaraq, “sovetdən qalmış miras”, “Sovet təhsilli ziyalılarımızın bəzliləri hələ də bu aludəçilikdən qurtula bilməyiblər” kimi cəfəng mövqelər sərgiləyirik. Məsələnin maraqlı olduğu qədər də heyrətləndirici tərəfi ondan ibarətdir ki, bu kimi mövqe sərgiləyənlərin böyük əksəriyyəti Sovet dönəmini belə görməyən, 70 illik bir dövrümüz barədə kifayət qədər təsəvvürləri olmayan gənclər deyil, məhz sovet təhsili hesabına adam olub ortalığa çıxanlardır. Əslində, bu fikirdə olanlar bir növ özlərini də miras kimi təsdiqləmiş olduqlarının fərqində deyillər.
Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. Müdriklər heç də əbəs yerə deməyiblər ki, “Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün. ”Bu gün Şərqdə ilk demokratik respublikanın yaranmasından 105 il, yenidən müstəqilliyə qovuşmağımızdan üç onillik bir müddət keçir. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
Ulu öndərin qeyd etdiyi kimi tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi.
Yarandığı ilk illərdən Xalq Cümhuriyyətinin hakim partiyasının Nizamnamə və Məramnaməsində maarif işləri ilə bağlı ayrıca müddəalar yer alırdı; təhsil sərbəst və ödənişsiz idi, xanımlar da təhsil ala bilərdilər, ibtidai sinifdən ali məktəblərə qədər mərhələli şəkildə tədris aparılmalı və qəbul həyata keçirilməli idi, ali təhsil müəssisələri (darülfünunlar) təhsil prosesində daxili muxtariyyətə malik idilər, ibtidai və orta təhsil icbari xarakter daşıyırdı, təhsil hər bölgədə üstünlük təşkil edən dildə aparılmalı idi, ali məktəblərdə rus dili və Osmanlı şivəsi tədris edilməli idi və s. Məhəlli idarələrin təhsil və tərbiyə ilə bağlı mütərəqqi təşəbbüslərinə mərkəzi hökumət tərəfindən maneə törədilməməli idi.
1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti təsis edilməsinə Ümummilli lider olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb – Əkinçilik İnstitutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı. 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.
1919-cu ilin sentyabr ayında ali təhsil almaq üçün 100-dən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifi irəli sürülmüşdü. Bu layihənin büdcəsi hər tələbəyə 36 min və nəqliyyat xərcləri olaraq 5 min rubl nəzərdə tutularaq 4 milyon rubl təşkil edirdi. Tələbələrin ilk dəstəsinin Avropaya göndərilməsi 14 yanvar 1920-ci ilə təsadüf edir. 1919-20-ci tədris ilində dünyanın, əsasən də Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi ki, bunun üçün də hər tələbəyə 400 frank təqaüd təyin olunurdu və 1000 frank yol xərci ayrılırdı.
Sonrakı dönəmdə də Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.
Təkcə, 70-ci illədə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə, çatdırılıb, ali məktəblərdə təhsil alanların sayı isə 70 mindən 100 minə qədər artıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyat və incəsənəti özünün intibah dövrünü yaşayıb.
Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır. Bu potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək isə hər birimizin vətəndaşlıq borcudur...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar