Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Plan yerləri ilə bağlı ziddiyyət - Proqnozlar özünü doğrultmaya bilər

Tarix: 23-05-2023 13:45     Baxış: 3260 A- / A+


Plan yerləri ilə bağlı ziddiyyət - Proqnozlar özünü doğrultmaya bilərAzərbaycanda ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün müraciətlərin sayında artım müşahidə edilir. Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, bu il ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda 107 mindən çox abituriyent iştirak edib. Onlardan 92 544 nəfəri ali məktəblərə qəbul olmaq istəyənlərdir.
 
Müraciətlərin sayının çox olması plan yerlərinin artırılması məsələsini yenidən gündəmə gətirib. Qəbul imtahanları ərəfəsində abituriyentləri ən çox maraqlandıran mövzulardan biri plan yerlərinin artırılıb-artırılmamasıdır. Bəs gözləntilər nədən xəbər verir? 
 
Manevr.az bildirir ki, mövzu ilə bağlı modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov plan yerlərinin artırılması məsələsinin hələ dəqiq olmadığını deyib.
 

 
“Plan yerlərində azalma, yaxud artım bir sıra səbəblərlə əlaqədar ola bilər. Bununla bağlı ən yüksək səviyyəli elmi təhlillərə əsaslanan proqnozlar belə özünü doğrultmaya bilər. Ayrı-ayrı illərdə qəbul planını 100 faiz dolduran universitetlərimiz, hətta plan yeri dolmayan ali məktəblərdə əlavə qəbul keçirmək kimi hallar da olub. Plan yerləri ilə iş yerləri arasındakı tərsmütənasiblik planlaşdırma işinə təsir edən əsas amillərdən biridir. Bu gün tələb-təklif prinsipinin nəzərə alınmaması və təyinat sistemi mexanizminin işlək hala gətirilməməsi ucbatından bu kimi məsələləri əsasən əmək bazarı tənzimləyir.
 
Ona görə də, bu gün əsasən hansısa universitetin boş qalan yerlərini doldurmaq barədə yox, daha çox əmək bazarında ixtisas üzrə işçi qüvvəsinə olan tələbata uyğun işimizi poqnozlaşdırmaq və planlaşdırmaq barədə düşünməliyik. Vəziyyətdən çıxış yolunu ya əlavə iş yerlərinin açılmasında, ya da plan yerləri boş qalan universitetlərdə qəbul planının azaldılmasında görürəm. Heç də əbəs yerə deyil ki, elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı "Biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır" mesajını verib” - Nadir İsrafilov deyir.
 

Təhsil eksperti Elçin Efəndi isə bu il ali məktəblərdə plan yerlərinin artacağını düşünür:
 
“Builki buraxılış imtahanlarında abituriyentlərin topladığı ballar ötən ilə nisbətən daha yüksəkdir. Hesab edirəm ki, bu il plan yerləri xeyli sayda artacaq. Plan yerlərinin artması birbaşa keçid ballarına təsir edəcək. Keçid ballarının aşağı enməsi məhz plan yerlərinin artımına əsasən mümkün ola bilər. Lakin yenə də ən dəqiq məlumatı abituriyentlərin I, II, III və IV ixtisas qrupları üzrə blok imtahanlarının nəticəsinə əsasən, demək olacaq. Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar verilməyib. Amma gözlənilən odur ki, bu il xeyli sayda plan yeri artacaq”.
 

 
Təhsil eksperti Namiq Hacıheydərli də plan yerlərində artımın müşahidə olunacağını deyir:
 
“Hesab edirəm ki, plan yerlərinin artması, yaxud azalması barədə qərar vermək çox tezdir. Plan yerlərinin artırılması və ya azaldılması abituriyentlərin topladığı nəticə ilə bağlı olacaq. Hələlik 5 ixtisas qrupundan sadəcə 2-si imtahan verib, onların da rəsmi nəticələri açıqlanmayıb. Bununla belə müşahidələrə əsasən qəbul planında artımın olacağını ehtimal etmək mümkündür”.
 
Aytac Əsədova

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar