Bəs sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunması doğru yanaşmadır mı?
Məsələ ilə bağlı bazar ertəsi sualları cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, sertifikasiyadan iki dəfə uğursuz nəticə göstərən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi doğru qərardır.
Ekspert həmçinin əlavə edib ki, bu gün məktəblərdə çalışan müəllimlərin heç də hamısı qeyd edilən biliyə savada peşəkarlığa malik deyil.
"Ola bilər mütəxəssis olaraq savadlıdır. Lakin pedaqoji bilikləri yerində deyil. Sertifikasiyada təqdim olunan suallarda hesab edirəm ki, kifayət qədər yüngül suallardır. Bu cür sualları cavablandıra bilməyənlər necə müəllim işləyə bilər? Savadlı cəmiyyətin olmasının istəyiriksə, bu prossesə dəstək verməliyik. Ola bilsin ki, bu cəmiyyətdə hər hansı bir qıcığ yarada bilər. Lakin düşünürəm ki, üç ildən bir sertifikasiyanın tətbiqi doğru və ədalətli yanaşmadır", - deyə bildirib.trend.az