Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni məktəbli formaları bu qiymətə satılacaq - VİDEO

Tarix: 21-05-2023 15:34     Baxış: 4294 A- / A+

Növbəti tədris ili üçün yenilənən məktəbli formalarının satış qiymətləri məlum olub.
Manevr.az xəbər verir ki, "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov "Xəzərxəbər"ə açıqlamasında bildirib ki, formalar boz ətək, şalvar, jaket və mavi köynəkdən, 2-ci komplekt isə göy şalvar, jaket və ağ köynəkdən ibarət olacaq:

"2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Artıq istehsala da start verilib. Ötən il valideynlər narazılıq etdilər ki, ölçüləri tapa bilmirik. Ona görə də bu il əvvəldən vaxtımız çox olduğu üçün bütün parçaları sifariş etdik. Parçalar Türkiyə və Belarusiyadan gəlir. Artıq tikib anbarlara yığırıq. Bu il formalarla bağlı problem olmayacaq.
Ətək və şalvarlar yun tərkibli parçalardan ibarətdir və qiyməti 25 manatdır. Köynəklər qısaqol və uzunqol 15 manatdır. Yerli istehsal olan jaketlər 25, Türkiyədən aldıqlarımız isə 30 manatdır".
Elm və Təhsil Nazirliyindən bildirilib ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar