Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİM abituriyentlərə müraciət etdi

Tarix: 19-05-2023 18:10     Baxış: 3246 A- / A+


DİM abituriyentlərə müraciət etdi
Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək.
 
Manevr.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, musiqi sənəti istiqaməti üzrə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio və musiqi ədəbiyyatı fənləri üzrə test imtahanları mərkəzləşdirilmiş şəkildə bir dəfə keçiriləcək. Bu fənlər musiqi istiqaməti üzrə müxtəlif komissiyalara daxil olduğundan ödəniş üsulunu sadələşdirmək məqsədi ilə abituriyent bir və ya iki komissiyadan qeydiyyatdan keçərək bir dəfə “harmoniya və solfecio” və bir dəfə “musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahanda iştirak edə bilər. Nəzəriyyə imtahanında müsbət qiymət alan abituriyentlər artıq həmin komissiyanın digər imtahanlarında iştiraka görə ödəniş etməyəcəklər. Xatırladırıq ki, bir istiqamətə daxil olan ən çox dörd komissiya üzrə qeydiyyatdan keçə bilərsiniz. Odur ki, nəzəriyyə fənləri üzrə test imtahanlarında iştirak edib müsbət qiymət alan abituriyentlər ixtisas fənləri üzrə imtahanlara qeydiyyat zamanı nəzəriyyə fənlərinin keçid balına uyğun olan digər komissiyalar üzrə də qeydiyyatdan keçmək imkanı qazanırlar və həmin komissiyalara görə ödəniş edirlər.
 
- Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” imtahan fənni olan 1 komissiya (18, 20, 27, 29, 30, 73 və 75) və “musiqi nəzəriyyəsi və solfecio” fənni olan 1 komissiya (19, 21, 22, 23, 24, 25, 26, 28, 31, 32, 33, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96) olmaqla, ümumilikdə 2 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
 
- 18, 20, 27, 29, 30, 73 və 75-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.
 
- 21, 24-cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər isə “musiqi nəzəriyyəsi və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.
 
Qeyd: 21 və 31-ci komissiyaların (viola və saksofon alətləri) hər ikisi üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər hazırkı qeydiyyat zamanı 21-ci komissiyanı seçməlidirlər.
 
İxtisas fənləri üzrə imtahanda iştirak etmək üçün qeydiyyat prosesi nəzəriyyə fənləri üzrə keçiriləcək test imtahanlarından sonra başlanacaq.
 
Qeyd edək ki, ixtisas fənləri üzrə keçirləcək imtahanlara qeydiyyat prosesi yalnız əlavə komissiyalar seçmək istəyənlərə aiddir. Bir komissiya üzrə qeydiyyatdan keçib nəzəriyyə imtahanından müsbət qiymət alan şəxslərin bu komissiya üzrə ixtisas imtahanında iştirak etmək üçün təkrar qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.
 
Musiqi sənəti istiqamətinə aid komissiyalar üzrə seçim
KomissiyalarNəzəriyyə fənləriseçim imkanı
18, 20, 27, 29, 30, 73 və 75Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
1
21, 24Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı1
19, 22, 23, 25, 26, 28, 31, 32, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96Musiqi nəzəriyyəsi və solfecio
 
Nəzəriyyə fənləri üzrə keçirilən test imtahanlarında iştirak etməyən abituriyentlər ixtisas fənləri üzrə keçiriləcək imtahanlara buraxılmırlar.
 
Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçərkən qabiliyyət imtahanlarının elektron qeydiyyat sistemində musiqi təhsili haqqında məlumat əks olunmalıdır. Məlumatlar “Musiqi məktəbi-məzun” elektron sistemindən götürülür. Bu məlumatlar qeyd olunan sistemdə olmadıqda musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçməyə icazə verilmirz. Bunun üçün abituriyentlər musiqi təhsili aldığı təhsil müəssisəsinə yaxınlaşmalı və müvafiq məlumatların “Musiqi məktəbi-məzun” bazasına daxil edilməsini təmin etməlidirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar