Xəbər lenti
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Ümumi Yığıncağı keçirilib - ŞƏKİLLƏR

Yığıncaqda qonaqlardan millət vəkili Ceyhun Məmmədov, AMEA -nın Riyaziyyat və Mexanika İnstititunun direktoru, professor Misir Mərdanov, tibb elmləri doktoru, professor, Südeyf İmamverdiyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nurlana Qaraxanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, təhsil ekspertləri Nadir İsrafilov, Məhəmməd Bayramlı, Nisə Cəlilzadə, Nabatəli Qulamoglu, pedaqoji elmlər doktoru Zəhra Muradova, əməkdar müəllim Almaz Həsrət, 67, 182, 100, 179, 59, 239, Ceyranbatan 1 saylı tam orta məktəblərin, S.C.Pişəvəri adına Gimnaziya, “Zəngi” liseyi, Heydər Əliyev adına liseyin Valideyn-Müəllim icmaları, məktəb direktorlları, dünya azərbaycanlılarının nümayəndələri Mehriban Paşayeva, Finlandiyadan gələn soydaşımız, İsmayıllı, Astara, İmişli və s rayonlardan müəssisə rəhbərləri, Az.TV və media nümayəndələri, jurnalistlər, xəbər agentliklərinin rəhbərləri, təhsil iştirakçıları iştirak etmişlər. Natiqlər təhsidə olan problemlərlə baglı ictimai çağırışlar etmişlər. AVMA İB-nın 2 illik fəaliyyəti ilə baglı video çarx göstərilmiş, birliyin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Birliyin fəaliyyətində fərqlənən təhsil iştirakçıları təltiflənmiş, birliyin “Təhsil fədaisi”, Nümunəvi İdarəedici ordenləri, “Nümunəvi icma rəhbəri” və AVMA medalları, irliyin yeni saytı təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə baglı iştirakçılara xatirə hədiyyələri paylanılmış, ona həsr edilən ifalar dinlənilmişdir. İlin AVMA İB İdarə Heyətinin tərkibi təsdiq edilmiş, birliyin rəhbəri yenidən yekdilliklə Şahin Rəcəb seçilmişdir.
Ümumi yığıncaq öz işini AVMA təqaüdçüsü Mehdi Həsənovun və 67 saylı məktəbin özfəaliyyətinin çıxışları ilə bitirmişdir. Ümumi Yığıncaq barədə əlavə məlumatlar veriləcəkdir.
Manevr.az









Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar