Xəbər lenti
“Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz…"
"Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır…” - Heydər Əliyev
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ili çərçivəsində bu tarixi-siyasi günlərdə məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olan Ümummilli Liderimizin uzaqgörənliklə söylədiyi “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan"-müdrik kəlamı istər-istəməz yada düşür.
Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Heydər Əliyevin dediy kimi, "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq."
Heç də əbəs yerə deyil ki, Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış Prezidentin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə Heydər Əliyevin prinsipial mövqeyinə əsaslanan xüsusi maddələr salınmış, İslahat Proqramının məqsədi – “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilmişdi.
Təəsüf ki, 90-cı illərdə ölkənin sosial-iqtisadi, mədəni mədəni həyatında yaranan müəyyən boşluqlar digər sahələrdə olduğu kimi təhsilə də təsirsiz ötüşməyib. “Proqram”ın qəbulundan keçən onilliklər ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək bu mühüm maddələrə lazımı əhəmiyyət vermədik. “Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nvə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir vacib məqamı da nəzərə almadıq ki, beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin. Yerli-yersiz aludəçiliyimiz nəticə etibarı ilə islahatlarımızı xeyli ləngitmiş oldu.
Elm və təhsil naziri Emin Əmrullayev də son olaraq etiraf etdi ki, "Təhsil elə bil sektordur ki, orada ani dəyişiklik etmək olmur...” Ani dəyişikliyə heç ehtiyac da yoxdur, cənab nazir. "Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.” Biz, sıradan olan hər bir dəyişikliyin deyil, məhz Heydər Əliyevin tövsiyə etdiyi bu məqsədə xidmət edə biləcək dəyişikliyin tətəfdarıyıq...
Nadir İSRAFİLOV,
Təhsil məsələləri üzrə mütəxəssis
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar