Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu müəllimlər işdən çıxarılmayacaq -Nazir

Tarix: 04-05-2023 22:36     Baxış: 3247 A- / A+
5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəqiq rəqəmlərin olması diplomların ilk dəfə məlumat bazasında toplanması ilə əlaqədardır:

"Bu toplamadan sonra bütün uyğunsuzluqlar üzə çıxır. Sistemdə üç qrup insan var. Bir qrupun ali pedaqoji təhsili var, amma o, məktəbəqədər deyil. İkinci qrup insanların ali təhsili var, amma pedaqoji deyil. Məsələn, mühəndis, maliyyəçidir. Üçüncü qrup insanlar var ki, onların bizdə sənədi yoxdur. Ola bilər ki, sənədləri var, amma bizim sistemdə yoxdur. Təqdim etməyibsə, biz ona ən aşağı dərəcə ilə maaş veririk. Sənədlərin təqdim edilməsi vacibdir".

Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb:

"Məsələni qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu, heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır. Düşünürəm ki, yavaş-yavaş məsələni qaydasına qoyacağıq".

Qeyd edək ki, nazirlik bu gün 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işlədiyini açıqlayıb. report 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar