Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya yaşını keçmiş rektorlar - SİYAHI

Tarix: 03-05-2023 12:49     Baxış: 3288 A- / A+

Son illər həyatımızın bütün sahələrində aparılan kadr islahatları səbəbi ilə pensiya yaşı çatmış şəxsləri bir sıra vəzifələrdə gənclər əvəzləyir. Çünki bir çox hallarda yaşlı nəsil yeni çağırışlarla ayaqlaşa bilmir.
Amma hələ də pensiya yaşında olan məmurlar və digər peşə sahibləri var. Ələlxüsus da, elm cameəsində pensiya yaşını doldurmuş şəxslərin sayı kifayət qədərdir.
Manevr.az Bizim.Media-ya istinadən pensiya yaşı çatmış rektorların siyahısını təqdim edir: 

1. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun 78 yaşı var. O, 9 oktyabr 1945-ci ildə anadan olub. H.Məmmədov, 2017-ci ildə bəri BMU-nun rektoru vəzifəsindədir.
2. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 73 yaşı var. O, 4 dekabr 1950-ci ildə doğulub. K.Abdulla 2017-ci ildə bəri ADU-nun rektorudur.
3. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın 70 yaşı var. O, 24 aprel 1953-cü ildə dünyaya göz açıb. G.Məmmədova 1999-cu ildən bəri rektordur.
4. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun 72 yaşı var. O, 20 aprel 1951-ci ildə anadan olub. Y.Yusibov 2014-cu ildən bəri GDU-nun rektorudur.
5. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun 70 yaşı var. O, 1953-cü ildə doğulub. 2016-cı ilin mayından etibarən LDU-nun rektorudur.
6. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun 75 yaşı var. O, 1 yanvar 19948-ci ildə anadan olub. E.Hüseynov 2014-cü ildən etibarən, 9 ildir ki, SDU-ya rəhbərlik edir.
7. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin 72 yaşı var. O, 26 iyul 1951-ci ildə dünyaya gəlib. 2011-ci ildən bəri, yəni 12 ildir ki, rektordur.
8. Bakı Biznes Universitetin rektoru İbad Abbasovun 70 yaşı var. O, 1953-cü il təvəllüdlüdür.  1992-ci ildə təsis etdiyi BBU-ya həm də rektorluq edir.
9. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının 75 yaşı var. O, 1 mart 1948-ci ildə dünyaya gəlib. 2010-cu ildən bəri Xəzər Universitetinin rektorudur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar