Xəbər lenti
DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar

Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb.
Manevr.az-ın xəbərinə görə, Nazirlər Kabinetindən bildirilib ki, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3588 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə bir sıra dəyişiklik edilib.
Son dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb, Akademiya rəisinə isə dissertantların təhkim olunmasına rəhbərlik həvalə edilib.
Eyni zamanda, Akademiyada yalnız fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılırdısa, son dəyişikliklərdən sonra artıq magistr dissertasiyalarının da müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar yaradılır.
Bundan əlavə, son dəyişikliklərlə Akademiyanın dəyişən heyətinə Akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunkturlardan əlavə dissertantlar da daxil ediliblər.
Həmçinin, adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədinin - diplomun verilməsi barədə norma əlavə edilib.
Bu baxımdan Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi zərurəti yaranıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar