Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: Bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, əslində görüntü yaratmaqdan başqa bir şey deyil

Tarix: 12-04-2023 11:12     Baxış: 5272 A- / A+
Nadir İsrafilov: Bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, əslində görüntü yaratmaqdan başqa bir şey deyil.
Nadir İsrafilov: ”Tədbir keçirmək də lazımdır, lakin əsas vəzifə tədris olmaq şərtilə...
Bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, əslində görüntü yaratmaqdan başqa bir şey deyil.
Manevr.az xəbər verir ki , Son zamanlar yazılı və elektron mediada ayrı-ayrı  
təhsil müəssisələrində təlim-tərbiyə sahəsində görülən işlərin nəticələrinə dair konkret  məlumatlardan daha çox, müxtəlif səpgili tədbirlərin keçirilməsinə dair məlumat xarakterli informasiyaların gündəmi zəbt etməsinin şahidi oluruq. Yəni, istər ali, istərsə də orta ümumtəhsil müəssisəsi olsun, sanki bunlar kimin daha çox tədbir keçirəcəyi üzrə “sosializm yarışı”na qoşulublar. Bu kimi tədbirlər içərisində mənəvi dəyərlərimizlə heç bir əlaqəsi olmayan intellektuallıqdan, proqressivlikdən kənar şoumenlərlə, bloggerlərlə, tiktokçularla görüşlər də heç də az deyil. Əlbəttə,tədbir keçirmək də lazımdır, lakin əsas vəzifə tədris olmaq şərtilə. Təəsüfləndirici hal odur ki, bir çox təhsil müəssisələrində keçirilən bəzi tədbirlər, görüntü yaratmaqdan başqa bir şey deyil. Halbuki, bu kimi görüntü xarakterli tədbirlər əvəzinə həmin təhsil müəssisələrinin təlim göstəricilər, təhsil sahəsindəki uğurları nümayiş etdirilsəydi, bu yeniyetmə və gənclərimizə daha  öyrədici, tərbiyəedici və inkişafetdirici təsir göstərərdi, nəinki bu kimi əks təsiredici tədbirlər.
Kimin daha çox tədbir keçirəcəyi üzrə bəzi təhsil müəssisələrinin “sosializm yarışı”na qoşulmasından söz düşmüşkən, onu da xatırlatmaq yerinə düşər ki, sovet dönəmində də təhsil müəssisələrində  müxtəlif növ tədbirlər keçirilib. Lakin bu, indiki kimi, tədbir keçirmək xatirinə görüntü yaratmaq mənasında deyil, təhsil proqramlarına və buna müvafiq  tədbirlər planına uyğun olaraq təhsilalanları sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini daha səmərəli etmək, onların ictimai həyata və müstəqil peşə fəaliyyətinə hazırlanmalarına zəmin yaratmaq kimi məqsədlərə xidmət etmək məqsədlərindən irəli gəlib.
Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə lazımi və qaneedici diqqət yetirilmir.
Çıxarılan nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə, dərs və dərsdənkənar tədbirlər vəhdət təşkil etməyəcəksə, bu vəhdətin əlaqələndirilməsinə və uzlaşdırılmasına xidmət edə biləcək tədbirlər təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə vasitə rolunu oynamayacaqsa, vahid və bütöv pedaqoji prosesi təşkil etməkdə müəyyən problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Tədbir keçirək, ancaq kimsə kimdənsə nəsə öyrənsin, kimdənsə, nədənsə kimsə nəsə əxz etsin. Keçirdiyimiz tədbirlər qismən də olsa, yeniyetmə və gənclərimizin virtual asılılıqdan azad olunmasında yardımçı olsun.
Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır. İnteraktivlik istər təlimdə olsun, istərsə tərbiyədə, ya da keçirilən hər hansı bir tədbirin mahiyyətində - bu öyrətməyə xidmət etməlidir, əyləndirməyə yox...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar