Xəbər lenti
"İstəyənin bir üzü, verməyənin iki üzü qara olsun!” - SORĞU
"Ataların sözü olmasın "İstəyənin bir üzü, verməyənin iki üzü qara olsun!”. Pul tələb etmək yaxşı hal deyil, lakin bu kimi hallar təkcə məktəblərdəmi baş verir?
Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı onu bilirəm ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan müvafiq araşdırmanın nəticələrinə əsasən məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin müvafiq maddəsinin, müvafiq hissəsinin, müvafiq bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib. Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək".
Manevr.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Nadir İsrafilov sözlərinə belə davam edib: "Yəqin ki, hər kəs razılaşar ki, mətəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalı və təqdir olunmalıdır. Anlaşəlmayan isə odur ki, bir mənbəədən “Pul yığan lisey direktoruna şiddətli töhmət verildi”, “Bakıda müəllim valideynlərdən pul istədi”, “Bakıda müəllim müalicəsi üçün şagirdlərdən pul yığıb” kimi yazı başlıqlarının manşetə çıxarılması məsənin əsl mahiyyətini aydınlaşdırmaqda müəyyən problemlər yaradır. Çünki, hüquqi baxımdan “pul istəmək”, “pul yığmaq”, “pul tələb etmək” tam fərqli anlayışlardır.
Yayılan məlumatlara əsasən əgər hansısa müəllim rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyibsə, nəyə görə cəzanın ən böyüyünü pul istəyən müəllim deyil, məktəbin direktoru almalıdır və direktor müavininin əmək müqaviləsinə xitam verilməlidir? Yox, əgər direktor müavininin də bu işdə əli varsa, elə isə o niyə Əmək Məcəlləsinin müvafiq maddəsinin, müvafiq bəndinə əsasən deyil, ərizəsi nəzərə alınmaqla işdən azad edilməlidir? Yayılan məlumatlarda bir müəllimin adı hallanırsa, o da “Mən pul üçün məcbur etmirəm. Gücünüz çatan məbləği verin və siyahı tutulsun” deyə xahiş edirsə, aparılan müvafiq araşdırmanın nəticələrinə əsasən “Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək”- nə deməkdir? Hansı müəllimlərlə...? İndi gəl baş aç görüm, günah kimdədir, pul yığan müəllimdə, yoxsa pul verən valideynlərdə? İstənilən halda ataların sözü olmasın “istəyənin bir üzü, verməyənin iki üzü qara olsun!” Suallar çoxdur, ancaq məsələnin mahiyyəti təkcə bunda deyl. Cavab tələb edən sual başqadır. Pul tələb etmək təkcə müəllimin alnına yazılıb, bəlkə, bu kimi hallara başqa sahələrdə heç təsadüf olunmur? Yazmağına yazaq, audio yazıları və video çəkilişləri etməyinə edək, ancaq heç olmasa ədalət naminə də olsa bir az da məktəbi, müəllimi dinc qoyub, bir müddət də başqa sahələrdən, digər peşə sahiblərindən yazaq, heç olmasa kimin kim, nəyin nə olduğunu fərqləndirmək üçün...".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib. Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar