Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərə ŞAD XƏBƏR - Yaxın günlərdə maaş artımını alacaqlar

Tarix: 30-03-2023 12:52     Baxış: 3316 A- / A+
Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əməkhaqlarının 10 faiz artırılması ilə bağlı Sərəncam imzalayıb.
Müəllimlər isə həmin sənədə əsasən, fevralın 1-dən tətbiq edilməsi nəzərdə tutulan artımları hələ də ala bilmədiklərini deyirlər. Onlar bildirir ki, maaşları verilsə də, artım əlavə edilməyib.
Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən (ETN) “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin maaş artımları yaxın günlərdə ödəniləcək: "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, həmçinin dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşlarının artımları yaxın günlərdə ödəniləcək".
Rəsmi məlumata görə, sözügedən kateqoriyadan olan şəxslərə fevral-mart maaşları tam olaraq köçürülüb: “Yaxın günlərdə isə iki ay üzrə artımlar tam olaraq ödəniləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar