Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə hicab qadağası var? - Nazirlik CAVAB VERDİ

Tarix: 28-03-2023 20:33     Baxış: 4305 A- / A+


Təhsil müəssisələrində qız şagirdlərin və tələbələrin, qadın müəllimlərin hicab geyinməsinə icazə verilməsi, ya da qadağa qoyulması tez-tez müzakirə mövzusu olub. Bəzi məktəblərdə baş örtüyündən isifadəyə heç bir qadağa qoyulmadığı halda, hicaba icazə verilməyən təhsil ocaqları da var.

Bəs Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı rəsmi qadağa qoyulubmu?

Manevr.az bildirir ki, AzEdu.az saytı məsələni aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
 
Elm və Təhsil Nazirliyindən sorğumuza verilən cavabda bildirilib ki, təhsil müəssisələrində hicabdan istifadə olunması məktəblərin öz nizamnamələrinə əsasən müəyyənləşdirilir:
 
“"Təhsil haqqında" qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"nə əsasən, geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və müəyyən edilir”.
 
Mövzu ilə bağlı danışantəhsil eksperti Nadir İsrafilov isə bu məsələnin məktəb nizamnaməsi öhdəliyinə buraxılmasının əleyhinə olduğunu bildirib:
 
“Qeyd olunan mövzu bu günün məsələsi deyil. Hicab mövzusu illərdir daim gündəmə gətirilir və müzakirə olunur. Xatırlayarsınızsa, 2010-cu ildə təhsil müəssisələrində hicaba qadağa qoyulmuşdu. Həmin illərdə Təhsil Nazirliyi qarşısında dindarlar hicaba qadağa qoyulmasının aradan qaldırılması tələbi ilə razılaşdırılmamış etiraz aksiyası keçirirdilər. Bu hadisədən sonra təhsil müəssisələrində hicabdan istifadə olunması məsələsinə nəzarət olunmadı.

İndi mövzuya müxtəlif yanaşmalar var. Kimsə hesab edir ki, din dövlətdən ayrıdır, heç kəsin dini hissiyatına toxunmaq olmaz. Bizim qanunvericilikdə hicabla dərsə gəlməyə icazənin olub-olmaması barədə qeyd yoxdur. Bu mövzuda səlahiyyət məktəbə verilir. Bəzi məsələləri məktəbin nizamnaməsi ilə idarə etmək çıxış yolu deyil.

Biz artıq məktəb nizamnaməsi əsasında davranış qaydalarını hazırlamışıq. Həmin qaydalar 200-300 məktəbdə pilot şəklində tətbiq olunur. Sosial şəbəkələrdə şagirdin döşəmə təmizləməsi ilə bağlı video yayıldığını yəqin ki bilirsiniz. O hadisə belə izah olundu ki, məsələ məktəbin daxili qaydalarına əsasən müəyyənləşib. Hicabı da məktəb nizamnaməsinin öhdəliyinə buraxsaq, o zaman çaxnaşma olacaq, müəllimlər deyəcək ki, niyə o məktəbdə hicabla dərsə gəlməyə icazə var, amma bizdə yoxdur?

Bu kimi məsələlər konkret rəsmi qaydalar əsasında müəyyən olunmalıdır. Mən bu məsələlərin məktəb nizamnaməsi öhdəliyinə buraxılmasının əleyhinəyəm”. 
 
N.İsrafilov təhsil müəssisələrində hicabdan istifadə olunmasına qarşı olduğunu vurğulayıb:
 
“İstənilən halda məktəbə baş örtüyü ilə gəlmək olmaz. Mən hicabın tam əleyhinəyəm. Sovet dövründə yay və qış fəsli, qızlar və oğlanlar üçün ayrı olmaqla məktəbli forması vardı. Hicabla sinifdə oturulmurdu. Əlbəttə, hər kəsin özünün daxili mənəviyyatı var, onlar hesab edirlər ki, İslam qanunlarına əməl olunmalıdır. Onlar başqa yerlərdə, mərasimlərdə hicabdan istifadə edə bilərlər, amma sinifdə baş örtüyü ilə oturmaq yolverilməzdir. İstər-istəməz hicab çıxarılmalıdır. Necə ki biz rəsmi idarəyə gedərkən baş örtüyü ilə oturmuruq, ona görə də mən düşünürəm ki, kimsə küçəyə, məktəbə, teatra hicabla gedə bilər, amma sinifdə baş örtüyü ilə oturmaq etik normalarla düz gəlmir”.
 
Ekspert məktəblərdə baş örtüyü istifadəsi probleminin həlli yolundan da danışıb: 
 

“Bizdə illərdir vahid məktəbli forması üzərində işlər gedir. Vahid məktəbli forması tətbiq olunanda şagirdlərin geyim problemi aradan qalxacaq. Biz əslində bu yeniliyə 2020-ci ildə keçməli idik, amma iş elə gətirdi ki, pandemiya düşdü, növbəti ildə isə hazırlıq tam başa çatmadı və s. Beləliklə, hələ də bu proses tamamlanmayıb. Buna görə də hansısa şagirdin məktəbli formasına görə dərsə buraxılmaması hallarına yol verilməməlidir. Biz növbəti ildən vahid məktəbli formalarına keçsək belə, hicaba görə kimisə dərsə buraxmamağa səlahiyyətimiz yoxdur.

Hicabla bağlı məsələyə son qoyulması üçün vahid forma tətbiq etdiyimiz zaman həmin qaydalara baş örtüyü məsələsini əlavə etməliyik. Mən hesab edirəm ki, bu məsələyə rəsmi münasibətimiz olmadığı müddətcə hələ də gündəmdə qalacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar