Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Xatirə xatırlanmırsa və xatırlatdırılmırsa o xatirə deyil…

Tarix: 23-03-2023 18:10     Baxış: 4446 A- / A+
Nadir İsrafilov: “Xatirə xatırlanmırsa və xatırlatdırılmırsa o xatirə deyil…
“Gərək nəbzin, Vətənin nəbzi ilə vursun… Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.” (Heydər Əliyev)Xatirə barədə nələr deyiməyib, nələr yazılmayıb... “ Zamanın yeganə meyarı yaddaşdır” ; ”Yaddaş xatirələr xəzınəsidir” ; “Keçmiş xatirələrimiz yeni ümidlərimiz olmalıdır” ; “Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.” və s. və i.a. Demək olar ki, yarım əsrə bərabər təhsil təcrübəmdə o qədər xatirələrim var ki, bunların da içərisində ən unudulmazlardan biri, bəl kə də təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri sayıla biləcək və ötən əsrin 80-cı illərin ortalarına təsadüf edən o zamankı “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sinxron şəkildə öyrənilən “Azərbaycan tarixi” fənninin ümumi kursun tərkibindən çıxarılıb, müstəqil fənn kimi keçilməyə və attestata ayrıca qiymət yazılmağa başlanması idi.
İlk olaraq ondan başlayım ki, Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin “Burjua ideologiyasına qarşı barışmazlıq tərbiyəsi” mövzusunda keçirilən Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi.
Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar “SSRİ tarixi” və “Ümumi tarix”lə yanaşı, “Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz “SSRİ tarixi”nin tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.
Konfransdan qayıtdıqdan sonra, fikirlərimi Təhsil Nazirliyinin nəzdində olan Azərbaycan ETPEİ-nin (indiki Təhsil institutu) direktoru Zahid Qaralovla bölüşdüm. Zahid müəllim bir qədər fikrə daldıqdan sonra, “tələsmə”, dedi, düşündüyümüz qədər də asan məsələ deyil, Nazirlə razılaşdırmaq lazımdır… Səhərisi gün birgə Nazirin yanına getdik. Mehdi müəllim tərəddüd etmədən vəziyyətin yerlərdə öyrənilməsi üçün mənim bir neçə Respublikaya ezam olunmağım barədə tapşırıq verdi.
İşgüzar səfərlərdən qayıdan kimi “Proqram” üzərində işləmək üçün gecəni gündüzə qatdım. Təhsil Nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1980-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. O dönəmdə mənim də azacıq payım olan belə bir cəsarətli addımı yalnız vətənsevərlər və onların arxasında dura bilən şəxsiyyət ata bilərdi.
Həmişəki kimi bu gün də fəxr edirəm və qürur duyuram ki, məhz sovet dönəmində, belə bir ilkə
imza atmağımızda mənim də payım olub. Tarixdən yeni proqramın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, məzmunun ideya-nəzəri səviyyəsi yüksəlir, onun tərbiyəvi, dünyagörüş təsiri gücləndirilir, şagirdlərin yaş imkanları və tədris planı üzrə ayrılmış vaxta müvafiq olaraq bilik, bacarıq və vərdişlərinin optimal həcminin müəyyənləşdirilməsi, onun ümumi tarix kursu ilə vəhdətinin gücləndirilməsi, qarşılıqlı əlaqəsinin təmin edilməsi, məktəblilərin təlim, tərbiyə və həyata hərtərəfli hazırlanması tam və bütövlük halında həllini tapırdı.
Azərbaycan tarixinin müstəqil fənn kimi tədris planına salınması və attestata ayrıca fənn kimi qiymət yazılmasının təşəbbüsçüsü, ilk Azərbaycan tarixi proqramının tərtibçisi, bundan əlavə 678 saatlıq “Tarix proqramı” ilə 80 saatlıq Azərbaycan tarixi materialının ümumi tədris planı ilə əlaqələndirilməsi və uzlaşdırılması o qədər də asan məsələ olmayıb, böyük hövsələ və gərgin zəhmət tələb edən bir iş idi. Lakin əsas zəhmət və gərginlik hələ qarşıda idi. “Azərbaycan tarixi” dərslikləri də yeni proqrama uyğun olaraq təkmilləşdirilməli və yeniləşdirilməli idi.
Nazirlikdə dərsliklərlə bağlı məsələ müzakirə edilərkən qərara alındı ki, ilkin olaraq X-XI siniflər üçün nəzərdə tutulmuş və istifadədə olan “Azərbaycan tarixi” dərsliyindən başlamaq lazımdır. Çünki, daha çox dəyişikliyə məruz qala biləcək vəsait məhz həmin dərslik idi. Dərsliyin müəllifi də məhz təhsil idarəetməsinin rəhbər işçisi idi. O həm də tarix üzrə elmlər doktoru idi. Əlbəttə bu postda dərslik üzərində işləmək onun vəzifə imkanları daxilində olmadığından müəyyən bir köməkçiyə eytiyac duyulurdu. Proqramın tərtibçisi kimi belə bir yardımçı funksiyası mənə həvalə edildi.
Əslində yeni dərslik yazılmırdı, proqrama müvafiq olaraq müəyyən materiallar dərslikdən çıxarılır, yeniləri əlavə olunurdu. Əsas dəyişikliklər partiya qurultayları, plenumları, beşilliklər və ölkədə gedən yenidənqurma prosesləri ilə bağlı idi. Bu işdə karıma əsasən qayçı və yapışqan gəldi. Müəyyən materiallar kəsildikdən, müəyyənləri isə yapışdırıldıqdan sonra, dərslik nəşr olunmaq üçün o zaman nazirliyin nəzdində olan “Maarif” nəşriyyatına göndərildi. “Siqnalnı” deyilən nüsxə redaktə üçün mənə göndərildikdə gördüm ki, mənim də adım dərsliyin müəllifi sirasında yer alıb. Dərhal və tərəddüd etmədən adımı çıxarıb, yenidən redaktə olunmuş variantı nəşriyyata göndərdim.
Dərslik nəşr olunduqdan dərhal sonra təcili Nazirliyə çağrıldım. Adımın dərslik müəllifi sırasında niyə yer almadığı barədə ciddi sorğu-suala tutuldum. Hər vəchlə dərsliyin geri göndərilməsi və yenidən çap olunması tələb edildi. Bu isə o zamanın şərtlərinə əsasən mümkünsüz görünürdü. Eyni dərsliyə təkrar olaraq əlavə vəsait ayrılması maliyyə pozğunluğu hesab edilirdi. Mən isə bu dərsliyin ərsəyə gəlməsində elə də bir səlahiyyət sahibi olmamağımda israrlı idim. Başqa çıxış yolu qalmadı. Qısa müddətdən sonra məni elmi-tədqiqat işlərindən ayırıb, rəsmi dövlət qulluğuna göndərdilər.
Yüzlərlə xatirələrimdən fərqli olaraq, bu xatirəmi paylaşmaqda məqsəd ondan ibarətdir ki, 40 illik bir müddət keçməsinə, tarix üzrə proqram və dərsliklərdə dəfələrlə kifayət qədər dəyişiklik və yeniləşmə edilməsinə baxmayaraq, bu sahədə hələ də təkmiləşdirmə işlərinin aparılmasına ehtiyac duyulur. Xüsusilə də məzmunun həddindən artıq mürəkkəb və ikinci dərəcəli materiallardan azad edilməsi, bir çox mətnlərin isə daha anlaşıqlı və inandırıcı şəkildə işlənməsi sahəsində... Bir də ki, sovet dönəmi olan 80-cı illərin təkmilləşməsi hara, müstəəqillik dönəminin müasir təkmilləşməsi hara... Sözü gedən proqramların saralmış nüsxələrini, o günlərdən bir xatirə kimi, bu günə qədər mühafizə edib özümdə saxlamışam. Gəldiyim nəticə isə ondan ibarətdir ki, xatirə xatırlanmırsa və xatırlatdırılmırsa o, artıq xatirə deyil, keçmişə gömülmüş xəyal qırıqlığıdır...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar