Sizin Reklam Burada
Xəbər lenti
22-03-2023
BÜTÜN XƏBƏRLƏR

Vilnüs Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

Tarix: 18-03-2023 09:13     Baxış: 386 A- / A+
Bu aydan (2023-cü ilin mart ayından) etibarən Vilnüs Universitetində (VU) Azərbaycan dilinin tədrisinə başlanılıb.
Azərbaycan Respublikasının Litvadakı səfirliyinin təşəbbüsü ilə 2017-ci ildə Vilnüs Universitetində yaradılmış “Azərbaycan” auditoriyasında ilk dəfə olaraq “Azərbaycan dili və mədəniyyəti” fənni tədris olunur.

Bununla bağlı 2022-2023-cü tədris ilinin əvvəlindən etibarən Vilnüs Universitetinin Filologiya fakültəsinin dekanı İnesa Şeşkauskiene və Asiya və Mədəniyyətlərarası Tədqiqatlar İnstitutunun direktoru Kristina Qaralite ilə görüşlər baş tutub. Bu görüşlər çərçivəsində Vilnus Universitetinin nümayəndələrinin Azərbaycanda Filologiya sahəsi üzrə ixtisaslaşan universitetlərdən biri, xüsusən Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduqları müəyyən edilib və “Azərbaycan” auditoriyasında dövlət dilimizin fakültativ fənn kimi tədris olunmasının ikitərəfli əlaqələrə, xüsusilə də təhsil sahəsində əməkdaşlığa töhvə verəcəyi düşünülərək razılıq əldə olunub.
“Azərbaycan dili və mədəniyyəti” fənninin tədrisini Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova aparır.
Qeyd edək ki, tədris prosesində təkcə Azərbaycan dili yox, Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti də tələbələrin diqqətinə çatdırılır.“report”

Manevr.az











Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar