Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nobel mükafatı, qaytar Azərbaycana borclarını

Tarix: 17-03-2023 13:43     Baxış: 3336 A- / A+
1970-ci illərin əvvəllərində dünyanın ən böyük alimlərindən və insanlarından biri olan Xudu Məmmədovun dəvətilə onun evində olmaq, gecənin bir aləminə qədər Xudu müəllimi dinləmək, onunla söhbətləşmək şərəfinə nail olmuşam. Onun yaxın qohumu Akif bəylə birgə. Akif həm Elçibəy məktəbini keçmiş bir mübariz, həm də bizim antisovet təşkilatımızın fəallarındandı.
 
Xudu müəllim Azərbaycanın gəncliyi, milli azadlıq hərəkatı, ziyalılarımız haqqında danışır, həm dəyərli ziyalılarımızı, həm də bizim özümüzü bir-birimizə sevdirirdi. Onun haqqında sevgiylə danışdığı, gələcəyinə çox böyük ümidlər bəslədiyi gənclərdən biri də indi dünya şöhrətli alimimiz Rafiq Əliyev idi.
 
Beləcə Rafiq müəllim haqqında ilk sözü Xudu müəllimdən eşitmişəm. Sonralar 80-ci illərdə onun haqqında bütün dövrlər üzrə Azərbaycanın böyük dilçilərindən olan Aydın Məmmədovdan çox gözəl sözləri yaddaşımın qızıl guşəsinə yazmışam. Aydın bəy Rafiq müəllimin elmi işləriylə tanış idi, onun tezliklə dünya arenasına çıxacağına inanırdı və bunu dəfələrlə söyləmişdi.
 
Sonralar Rafiq müəllim ilə daha yaxından tanış oldum. Onun elm sahəsində qazandığı uğurlar haqqında gözəl sözləri tanınmış alimlərin yazılarından oxudum, dillərindən eşitdim. Çoxlarının qeyd etdiyi kimi bu gün onun Nobel mükafatı almağa ən real namizədlərdən biri olmağı bir Azərbaycan türkü kimi məni də qürurlandırır. Onun adı gələndə deyirəm, – Nobel, ver bizim mükafatımızı.
 
Yeri gəlmişkən, bir məsələ barədə fikrimi bildirmək istəyirəm ki, son yüz ildə Nobel mükafatı alan ədəbiyyat və elm xadimlərinin cəmisi 5-10 faizi tarixdə qalıb. Bəzilərini indi heç öz vətənlərində də xatırlamırlar. Vaxtilə 20-ci yüzilliyin nəhəngləri Tolstoy, Rilke, Kafka, Nazim Hikmət və başqa layiqli böyük ədiblər Nobel komitəsinin “yadından çıxıb”. Eyni sözləri dünya ədəbiyyatı və elminin nəhəngləri M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev – o həm də şərqin ilk dirijoru idi, Yusif Məmmədəliyev haqqında da demək olar.
 
Ümumiyyətlə, mən tərəfdarıyam ki, Türk dünyası elm və ədəbiyyat sahəsində özünün nüfuzlu mükafatlarını müəyyənləşdirsin. Bu sahədə qiymətləndirmədə çox vaxt bir-biri ilə razılaşdırılmış xristian-yəhudi şovinizmi göstərən qərb dünyasına qarşı öz iradəmizi, öz düşüncə sistemimizi, öz mükafatlarımızı qoymalıyıq.
 
Həm də Nobel mükafatının Bakı neftinə mənəvi borcu var, axı. Böyük şairimiz Məmməd Araz şeirində dediyi kimi Nobel mükafatını “səhvini” düzəltməyə, “borcunu” qaytarmağa çağırıram. Ey Nobel mükafatı, yadından çıxarma ki, həm də Azərbaycan neftindən əmələ gəlmisən, xristian-yəhudi mükafatı olmaqdan çıx, ver Azərbaycanın mükafatlarını. Ver Rafiq bəyin mükafatını.
 
Xocalı şəhidlərini – qəhrəmanlarını andığımız bu günlərdə də və həmişə bir təsəllimiz də belə böyük insanlarımızın varlığıdır.





 










Vaqif Bayatlı Odər 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar