Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir Israfilov:“8 martda qadın müəllimə müəllim kimi yox, qadın kimi baxsaq, dünya dağılmayacaq ki...”

Tarix: 05-03-2023 20:05     Baxış: 3357 A- / A+
Nadir Israfilov:“8 martda qadın müəllimə müəllim kimi yox, qadın kimi baxsaq, dünya dağılmayacaq ki...”
Nadir Israfilov

Sevgililərimizə, məşuqələrimizə qiymətli zinət əşyaları hədiyyə edirik, müəllimə bir dəstə gülü çox görürük.
Təqvimi vərəqləyərkən, bu gün XX əsrin əvvəllərində Almaniyada yəhudi əsilli inqilabçı qadın, Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri Roza Lüksemburqun doğum günü olduğu diqqətimi çəkdi. Hələ, neçə illər bundan qabaq, orta məktəbdə oxuyarkən tarix kursuna dair dərsliklərdən və oxyduğum əlavə ədəbiyyatlardan yadımda qalmışdı ki, bu inqilabçı qadının sıxıntısı təkcə hələ yeniyetmə ilərində onun oxuduğu məktəbdə yalnız rus dilini yaxşı bilməməsi ilə əlaqədar deyildi. O həm də yəhudi ailəsindən olduğu üçün tez-tez sinif yoldaşlarının təhqirlərinə məruz qalırdı. Ona görə də onda mövcud hakimiyyətə və idarəetmə sisteminə qarşı nifrət əmələ gəldi. Bunu gizlətməyi bacarmayaraq, məktəbdə rejimə olan nifrətini açıq şəkildə büruzə verirdi. Hətta iş o yerə gəlib çatmışdı ki, müəllimləri onun qiymət cədvəlinə "Mövcud quruluşa qarşı müxalifətdə olduğu üçün daim müəllimlər üçün problem əmələ gətirir" sözlərini yazmışdılar.
Bu yeniyetmə qız oxuduğu məktəbi əla qiymətlərlə başa çatdırsa da, ona o dövrdə məktəbi əla qiymətlərlə bitirən şagirdlərə verilən qızıl medal verilmədi. O, onsuz da haqsızlığa və ədalətsizliyə məruz qalmağa öyrəşmişdi, çünki Roza gələcək həyat yolunu artıq müəyyən etmişdi. Nəticəsi də o oldu ki, digər inqilabcı fəal, qadın hüquqlarının müdafiəçisi Klara Setkin ilə birlikdə qadın azadlığı uğrunda mübarizəyə qoşuldu. Beləliklə, qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünün ənənəvi hala gətirilməsinin əsası qoyulmuş oldu.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur. Sonralar ayrı-ayrı illərdə, ayrı-ayrı ölkələrdə bu gün rəsmi bayram kimi qeyd edilmişdir. 1977-ci ildə isə nəhayət, Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
Məsələ ilə bağlı bəlkə də bir çoxlarına məlum olan tarixi faktları xatırlatmaqda məqsədim heç də bu bayramın keçirilib - keçirilməməsinə müsbət və ya mənfi münasibət bildirmək deyil. Məni maraqlandıran odur ki, görəsən bizdən başqa digər ölkələdə də bu bayram bizdəki kimi qısqanclıqla qarşılanır, onun ətrafında bu qədər müzakirələr aparılır, mübahisələr edilir? Araya salıb, qonşu Rusiyanın saytlarını araşdırdım, 8 martla bağlı qadın müəllimlərin ünvanına səmimi təbrik və xoş arzulardan başqa bir şeyə rast gəlmədim. Ərəb, fars, fransız, yapon və digər dilləri bilənlər internetin imkanlarından yararlanıb bir göz gəzdirsinlər, bəlkə başqa ölkələrdə də bizdəkinə bənzər bir şey var...
Artıq istəsək də, istəməsək də bu bayram qanmıza-genimizə keçib. Hər kəs fürsət bilib, anasını, bacısını, qızını, həyat yoldaşını təbrik etmək üçün bu günü səbirsizlilə gözləyir. Sevgililərimizə, məşuqələrimizə belə qiymətli zinət əşyaları alırıq, ömrünü sağlamlığı hesabına balalarımızın təlim-tərbiyəsi yolunda xərcləyən müəllimə adi bir gül dəstəsini də çox görürürük...
Roza Lüksemburq və Klara Setkin yox, heç başqa kimin ağlına gələrdi ki, hansısa məktəbdə 8 Mart Qadınlar Gününə 50 manatdan pul yığılması təklifi "votsap qrupu"nda valideynlərlə müzakirəyə çıxarılacaq və bunun səs yazısı kimlərsə tərəfindən sosial şəbəkələrdə paylaşılacaq və bu ətrafda tərəfdarlar və əleyhdarlar arasında qızğın dedi-qodular başlanacaq, müəllim nüfuzu aşağılanaraq, alçaldılaraq.
Gəlin, heç olmasa ildə bir dəfə də olsa belə, 8 martda qadın müəllimə müəllim kimi yox, qadın kimi baxaq. Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə qadın müəllimdir. Niyə bir günlük də olsa, onu bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik. İstənilən məqsədlə məcburi pul yıəlması birmənalı şəkildə yol verilməzdir. Lakin hardasa, kimlər tərəfindənsə bu kimi halların ictimailəşdirilməsi və tirajlanması nəinki, məktəb üçün, heç cəmiyyət üçün də başucalığı deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar