Xəbər lenti
Gənclər niyə işsiz qalıb? - ARAŞDIRMA

Məlum məsələdir ki, universitet məzunlarının bir hissəsi ya oxuduqları sahədən çox fərqli sahələrdə işləməli olur, ya da bir çoxu işsizdir. Bəs, gənclər niyə işsiz qalıb?
Manevr.az bildirir ki, sia mövzu ilə bağlı araşdırma aparıb.

Araşdırmalar göstərir ki, gənclərin işsiz qalmasının səbəblərindən birincisi bacarıqlarını sınamamalarıdır.

Universitet yaşlı gənclərin böyük bir hissəsi, əslində, hansı peşəyə yiyələnmək istədikləri və hansı peşəyə daha çox meylli olduqlarından xəbərsizdirlər. Bir çox gənclər bu mühüm suallara hələ aydın cavab verə bilmədən ixtisas seçimi edirlər. Lakin unutmaq olmaz ki, istedad, bacarıq və şəxsiyyətə uyğun peşə seçimi uğur və xoşbəxtliyi, yəni həyat keyfiyyətini şərtləndirəcək ən mühüm məsələlərdən biridir. Uğurlu hiss etdiyimiz, sevdiyimiz və səhərə sevinclə getdiyimiz bir işdə çalışmaq çox böyük şansdır.

Səhv seçim etdikdə oxuduqları ixtisasa olan maraqlarını itirirlər.
Yanlış seçim etdikdən sonra şagird həm dərsə, həm də peşəyə olan marağını itirməyə başlayır. Bildiyimiz kimi, tələbələr universitet dövründə kifayət qədər təcrübə qazanmırlar.

Hansı ixtisasın yaxşı iş imkanları yaradacağını öncədən anlaya bilmirlər.
Gənclər gələcəkdə hansı işlərin daha perspektivli olacağını öncədən bilmirlər.
Ölkədə universiteti bitirən gənclərin çoxu iş tapa bilmədiyi üçün öz sahəsindən kənarda müxtəlif sahələrdə işləməli olur. Digər bir qisim isə iş tapmaq ümidini itirir.
İş tapmamağın səbəbləri nələrdir?
Gənclərdə işsizlik bizdə olduğu kimi bütün dünyada da böyük problemdir. İşi olmadığını, iş tapa bilmədiklərini deyənlərlə yanaşı, universitet məzunları arasında işsiz qalanlar da var.

- Müraciət etdiyiniz işin işəgötürən meyarlarına uyğun olduğundan əmin olun.
- Şirkəti araşdırmalısınız.
- Müxtəlif şirkətlərdə və fondlarda könüllü olmaq.

- İş müsahibəsinə uyğun paltar seçməlisiniz.
- Dinləməyə və suallar verməyə hazır olmalısınız.
- Gördüyünüz hər iş elanına müraciət etməyin.
- İxtisaslaşmaq istədiyiniz sahəni müəyyənləşdirin.
- CV-nizi yenidən təşkil edin.
- Maaş gözləntilərinizi yenidən nəzərdən keçirin.
- Müxtəlif sahələrdə yeni şeylər öyrənin.

İndi, dəyər və tələblər dəyişib, digər məsələlərdə olduğu kimi, işlə təmin olunmaq da bazar iqtisadiyyatının prinsiplərinə tabe etdirilib. İşlə təmin olunmaq üçün nəinki bakalavriatı, heç təhsilin ikinci pilləsi olan magistratura pilləsini də bitirmək kifayət etmir. İşə götürənləri nəzəri biliklər deyil, praktiki bacarıqlar və digər hamıya məlum cəhətlər daha çox maraqlandırır. Ali məktəbi yenicə bitirənin bu bacarıqları nə vaxt və harda qazana biləcəkləri isə heç kəsi maraqlandırmır. Bunun üçün gərək əlavə kurslara baş vurmalı, müvafiq təlimlərə cəlb olunmalı, yenidən imtahan verməli, test azmış kimi, hələ bir müsabiqədən də keçməlisən. Universitetlərimiz isə öz yetirmələrinə praktiki bacarıqlar deyil, əsasən nəzəri biliklər verməklə öz işlərini bitmiş hesab edir və bir növ onların gələcək taleyində maraqlı olmadıqlarını nümayiş etdirirlər.
İş yerlərinin kasadlığı isə, əsasən, əvvəlki dövrlərlə müqayisədə zavod və fabriklərin, digər kütləvi iş yerlərinin məhdudluğu ilə əlaqədardır. Özəl şirkətlərin öz maraqları var. İşçidən imtina etmək üçün xarici dil bilməsi, lazımı iş təcrübəsinə malik olmaması və s. müxtəlif baryerlər yaradıb, əsaslı və əsazız səbəblər gətirə bilərlər. Bazar iqtisadiyyatıdır, rəqabətə davam gətirməlisən. Heç kəsə, heç nə deyə bilməzsən. Xaricdən dəvət olunan və xaricdə təhsil alanlara xüsusi yer ayrılması da yerli mütəxəssislərin işlə təminatına öz nəzərəçarpacaq təsirini göstərməmiş deyil.
Vəziyyəti sabitləşdirmək üçün tələb-təklif prinsipi gözlənilməli, təyinat sistemi bərpa olunmalıdır. Universitetlərə qəbul onların plan yerlərinin doldurulmasına deyil, həmin sahəyə olan kadr ehtiyacına görə planlaşdırılmalıdır. Tələbələrin nəzəri biliklər əldə etməsi ilə yanaşı, onların təcrübə qazanması məqsədilə universitetlərin müvafiq istehsalat müəssisələri ilə əlaqələri genişləndirilməli, tələbələr həmin müəssisələrdə istehsalat təcrübələri qazanmalı, məzunların gələcək iş yerləri həmin müəssisələrlə qabaqcadan proqnozlaşdırılmalıdır".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar