Xəbər lenti
“Müəllim bürokrat deyil, bürokratdırsa, müəllim də deyildir”
“Şagird bir qab deyil ki, onu doldurasan, o bir məşəldir, onu alovlandırmaq lazımdır”
Nadir İsrafilov
Mən hələ neçə illər bundan qabaq, təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib.
Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir.
Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir.
Əgər desəm ki, bu gün dünya təhsilinə öz layiqli töhfələrini verən pedaqogika nəhəngləri - K. Uşinski, Y. Komenski, V. Suxomlinski, İ. Pestalossi A. Makarenko, dünya miqyaslı postmodernistlər - Con Dyui, Hovard Qardner, Maykl Oukşot, Con Qudled, Martin Haydeqqer, Xuan Orteqa, və bir çox digər görkəmli təhsil nəzəriyyəçilərini nəinki, pedaqoji universitet tələbələri, hətta bir çox təşrübəli müəllimlər belə lazımınca tanımır – məni qınamayın. Hələ bizim öz maarifçilərimiz qalsın bir yana. Halbu ki, Artur Şopenhauer deyirdi: “Ağlım mənə deyil, dünyaya aiddir.”
Bu günümüzdə təhsilimiz üçün xüsusilə aktual olan və böyük önəm daşıyan "Öyrənməyi öyrətmək" ideyasının banilərindən olan, “Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır” deyən böyük ukrayna və rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinskinin həyat yoluna nəzər salsaq görərik ki, o, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib.
K.Uşinski mükəmməl didaktika sistemi yaradıb. Burada təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb, onun uşağın yaş xüsusiyyətlərinə uyğunlaşdırılması əksini tapıb. Psixologiya və fiziologiyanın son nailiyyətlərinə əsaslanan Uşinski uşağın əqli inkişafı xüsusiyyətlərini açıb. Təlimin psixoloji mexanizmlərinin mahiyyətini tədqiq edən pedaqoq diqqətin, yaddaşın, təxəyyülün, emosiyaların, iradənin, düşüncənin psixoloji mexanizmlərinin təhlilini verib, təlim prosesində onların nəzərə alınması və inkişaf etdirilməsi zəruriliyini əsaslandırıb. Uşinski pedaqoq qarşısında "öyrənməyi öyrətmək" və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu.
Uşinski deyirdi: “Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın. Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar. Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar. Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır. Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.
Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır deyən Uşinski öz prinsipinə sadiq qaldı. Bir ara xudpəsəndliyə qapımasına baxmayaraq, "Beyinləri səfərbər etməli! İdeyaları işıqlandırmalı... bax, budur bizim məramımız... Xüdpəsəndliyi kənara ataq, gələcək nəsillər üçün çalışaq..." Artıq universitetin son kursunda oxuyarkən Uşinski maarifçi-pedaqoq, maarifçi-demokrat kimi özünün həyat yolunu müəyyən etmişdi. O indi özünün bütün həyati vəzifələrinin icrasına başlamaq üçün bütün qüvvələrini səfərbər edir. Gənc Konstantin qarşısında duran əsas vəzifəni vətənə faydalı olmaqda görürdü. K.Uşinski özü üçün həll etmək istədiyi vəzifəni universiteti bitirdikdən sonra əldə etdi.
Peterburqda heç bir maddi vəsait olmadan sıxıntılarla üz-üzə qalmasına baxmayaraq, tam qətiyyəti ilə onun statusuna cavab verə biləcək iş tapacağına inanırdı. İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar. Hətta yerli qəza məktəbində də Uşinskiyə müəllim yeri tapılmadı. O, tam ümidsizliyə qapılmışdı. Lakin özünün həyat amalı olan elmi işlərini təşkil etmək üçün bütün qüvvəsini səfərbər etməyə çalışırdı. Uşinski yazırdı: "Yenidən özüm üzərimdə, öz xarakterim və qabiliyyətim üzərində sərt nəzarət... Və əgər mən möhkəm iradə göstərməsəm, onda bu tör-töküntülər arasında məhv olacam. Özünü məşğul olmağa məcbur etməyi bacarmaq lazımdır... Uşinski yenidən özündə güc və iradə toplayaraq vətənə xidmət kimi qarşısına qoyduğu müqəddəs missiyanın yerinə yetirilməsinə başladı və beləliklə də Uşinski bütün pedaqoji və tədris işinə rəhbərliyi əlinə aldı.
XIX əsrin 70-ci illərindən başlayaraq çar Rusiyasında olduğu kimi Azərbaycanda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları yaranmışdı. Bu seminariyalar Konstantin Uşinskinin işləyib hazırladığı "Müəllimlər seminariyasının layihəsi" əsasında fəaliyyət göstərirdi. Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirirdi: "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür".
K. Uşinski Rusiyada çox haqlı olaraq pedaqogika elminin və xalq məktəblərinin banisi hesab olunur. Onun tərtib etdiyi "Vətən dili" və "Uşaq aləmi" dərsliklərindən Rusiyada bütöv bir nəsil faydalanıb. Demokratizm və xəlqilik Uşinskinin pedaqoji fəaliyyətində əsas istiqamətdir. Azərbaycanın maarifpərvər pedaqoqları, o cümlədən Həsən bəy Zərdabi pedaqoji fəaliyyətində K. Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Dil haqqında Konstantin Uşinski demişdir: “ Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz". “Hər şeyi xalqdan alın və onlar hər şeyi geri qaytara biləcəklər, amma dili əlindən alacaqlar və onu bir daha yaratmayacaqlar.” Həsən bəy Zərdabi də ana dilini xalqın varlığı, yaşaması və tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir.
Bu gün, Ölkə başçısının da xüsusi olaraq vurğuladığı kimi, “Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz.” "Öyrənməyi öyrətmək” metodunun reallaşdırılması müəllimlərimizdən xüsusi ustalıq və əzmkarlıq tələb edir. Bu baxımdan böyük pedaqoq Konstantin Uşinskinin doğum günündə onun həyat və fəaliyyətindən bəzi məqamları xatırlatmağı və diqqətə yönəltməyi özümə borc bildim...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar