Xəbər lenti
İlahiyyat İnstitutunun tələbələri Qazaxıstan Respublikasında təhsillərini davam etdirəcəklər

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında imzalanmış Əməkdaşlıq Müqaviləsinin əsasında tələbə mübadiləsi həyata keçirilir. Tələbələr 2022/2023-cü tədris ilinin yaz semestri ərzində adıçəkilən universitetdə təhsillərini davam etdirəcəklər. Mübadilə çərçivəsində Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Bəhruz Orucov və Peyman Xəlilov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində təhsil alacaqlar. “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şahhat əl-Gindi, prorektoru Kayrat Kurmanbayev ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova və adları qeyd olunan tələbələrin iştirakı ilə bu səpkidə görüş təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin iki tələbəsi 2021/2022-ci tədris ilinin yaz semestri ərzində Azərbaycan İlahiyyat İnstitutunda təhsil alıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar