Bu barədə Rusiya XİN-in nazir Sergey Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib.
“Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, -Rusiya XİN-in məlumatında qeyd olunub.
O da bildirilib ki, hazırda Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır: “Onlardan 1000-i federal büdcə hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. Bakıda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır”.apa