Xəbər lenti
“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - Nadir İsrafilov TƏNQİD ETDİ


Nadir İsrafilov sözlərinə belə davam edib: "Hesab edirəm ki, məktəblərdə ara-sıra keçirilən valideyn iclaslarına niyə görə atalar yox, əsasən analar gedir sualına cavab verməzdən əvvəl, hələ baxaq görək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühiti yaratmışıqmı? Məktəb-valideyn münasibətlərinin optimal variantını hazırlayıb, onun bütün mexanizmlərini işlək vəziyyətə salmışıqmı? Məktəblərdə fəaliyyət assosasiya, komitə, icma olmasından asılı olmayaraq, bu qurumların nə ilə və hansı şəraitdə fəaliyyət göstərməsini nəzərə alan varmı? Buna səbəb nədir? Valideyn iclaslarına atalar niyə getmir? Necə olsa daha yaxşı olar? Uşağın təhsili ilə yalnız anamı maraqlanmalıdır? – suallar çoxdur, cavab axtaran isə yoxdur. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul belə onlayn sistemlə həyata keçirilir. Valideynlə müəllim arasında sanki, müəyyən uçurum yaranıb. Bu uçurumu aşmaqla ataların da məktəbə ayaq açmasına yardımçı olmaq olar, klassiklərin “Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.”, “Bir ata yüz müəllimə əvəzdir” və s. bu kimi müdrik fikirləri öz yerini tutar...".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar