Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanları ilə bağlı yenilik - SİYAHI

Tarix: 24-02-2023 17:16     Baxış: 3299 A- / A+
Qəbul imtahanları ilə bağlı YENİLİK - SİYAHIMusiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlərə tapşırıqların cavablandırılması üçün Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, Harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, Musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.
 
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20- si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
 
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır.
 
Doğru cavablandırılan
tapşırıqların sayı
Qiymətləndirmə
(balla)
28-3010
25-279
22-248
19-217
16-186
13-155
10-124
7-93
4-62
1-31
00
 
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri aşağıdakı cədvəldə verilmişdir.
Kom. №-siİxtisasın adıNəzəriyyə imtahanları
20İnstrumental ifaçılıqHarmoniya və solfecio
Musiqi ədəbiyyatı
21İnstrumental ifaçılıq (violin, klarnet, fleyta)
21İnstrumental ifaçılıq (viola, truba, saksofon)Musiqi nəzəriyyəsi və solfecio
Musiqi ədəbiyyatı
21İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri)Musiqi nəzəriyyəsi və solfecio
22İnstrumental ifaçılıqHarmoniya və solfecio
23, 74İnstrumental ifaçılıqMusiqi nəzəriyyəsi və solfecio
24Vokal sənəti (akademik vokal)Musiqi nəzəriyyəsi və solfecio
Musiqi ədəbiyyatı
25, 95Vokal sənəti (xanəndəlik)Musiqi nəzəriyyəsi və solfecio
26Populyar musiqi və caz ifaçılığı (vokal)
27, 75Dirijorluq (sahələr üzrə)Harmoniya və solfecio
Musiqi ədəbiyyatı
28, 96Vokal sənəti (milli vokal)Musiqi nəzəriyyəsi və solfecio
29, 69BəstəkarlıqMusiqi ədəbiyyatı
Harmoniya və solfecio*
30, 73Musiqişünaslıq
31, 71, 72İnstrumental ifaçılıqMusiqi nəzəriyyəsi və solfecio
32, 76, 83, 93Musiqi müəllimliyi
36Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)

* 29, 69, 30, 73- cü komissiyalar üzrə Harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.
 
Aşağıda təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə tanış olmaq mümkündür:
 
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Harmoniya və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
 
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi ədəbiyyatı fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
 
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi.
 
Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının Qabiliyyət imtahanları adlı xüsusi buraxılışından əldə etmək olar. Burada ixtsaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunub.
 
Qeyd edilib ki, Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanları bütün komissiyalarda ənənəvi qaydada keçiriləcək.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar