Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin maaş artımı kimlərə şamil olacaq?

Tarix: 24-02-2023 10:02     Baxış: 4366 A- / A+
Prezident İlham Əliyev müəllimlərin əməkhaqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.
Manevr.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov artımın kimlərə şamil olunacağını şərh edib.

O bildirib ki, bu kateqoriya işçilərin əməkhaqqılarında artım olacaq:
- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;
-  Həmin müəssisələrin direktor və direktor müavinləri;
- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
-  Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;
- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;
- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.
"Müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq", - deyə millət vəkili əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar