Xəbər lenti
Dövlət müəllim nüfuzunun artırılması üçün əlindən gələni edir - Nadir İsrafilov

Manevr.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.
N.İsrafilov deyib: “Bir müddət əvvəl tələbələrin təqaüdlərində də artım həyata keçirildi. Bu, bir daha təhsilin dövlətin prioritet sahələrindən biri olduğunu təsdiqləyir. 2013-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş təhsilin inkişafı üzrə Dövlət Strategiyası bu gün uğurlu nəticələrini göstərməkdədir. Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsil sisteminin başlıca vəzifələri, məqsədi, əsas istiqamətləri, hədəfləri baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, strategiyada əsas hədəflərdən biri müəllim nüfuzunun artırılmasıdır. Bəzən təhsilin keyfiyyətindən danışılanda insanlar bunu müəllimlərin əməkhaqqının az olması ilə izah edirlər. Dövlətimizin başçısının indiyədək imzaladığı, eləcə də bu gün imzaladığı sərəncamlar bir daha göstərir ki, dövlət müəllimlərin nüfuzunun artırılması üçün əlindən gələni edir”.
Əməkhaqqı artımının müəllimləri daha səmərəli işləməyə stimullaşdıran bir hal olduğunu qeyd edən Nadir İsrafilov deyib: “Ümidvaram ki, müəllimlər də dövlətimizin göstərdiyi qayğıya cavab olaraq öz fəaliyyətlərini daha da gücləndirəcəklər”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar