Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məktəbdə şagirdlər çətirlə oturur - VİDEO

Tarix: 22-02-2023 15:23     Baxış: 4270 A- / A+


Bu məktəbdə şagirdlər çətirlə oturur - VİDEO
Bura Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən şəhid Sübhi Əhmədağa oğlu Mahmudovun adını daşıyan tam orta məktəbdir.
İstismar müddətini başa vurmuş məktəb binasının təməli 1967-ci ildə qoyulub. Tikintisi 2 il davam edən tədris ocağı 1969-cu ildə istifadəyə verilib. Məktəbin binası iki korpusdan və bir yardımçı binadan ibarətdir. Yarım əsirdən çox yaşı olan məktəb indiyə kimi əsaslı təmir olunmadığından tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.
Sakinlər bildirir ki, yağış yağan vaxt şagirdlər, qəribə də olsa sinif otaqlarında çətirlə oturmalı olurlar. Çünki dam örtüyü elə bir vəziyyətdədir ki, yağış suyu birbaşa sinif otağına tökülür. Pəncərələrə şüşə əvəzinə karton vurulur. Döşəmə o qədər çürüyüb ki, dəhliz və sinif otaqlarına 3 qat taxta döşənib.
Sakinlər deyir ki, məktəbdə uşaqdan çox çöl göyərçinləri var. Yay və yaz aylarında sinif otaqlarında gürzə ilanları, siçovullar və digər həşəratlar gəzir. Bu da uşaqların həyatı üçün ciddi təhlükədir.
Deyilənlərin həqiqəti nə qədər əks etdirdiyini öyrənmək üçün məktəb daxilində çəkiliş etmək istəsək də məktəb direktoru çəkilişə icazə vermədi.
Məsələyə münasibət bildirən Kürdəmir Rayon Təhsil sektorunun müdiri Rəfail Məmmədov şifahi olaraq bildirdi ki, məsələdən xəbərdardırlar. O bildirib ki, məktəbin tikintisi prioritet məsələ kimi Təhsil Nazirliyinin gündəmdədir. Qeyd edək ki, 12 tədris otağı olan təhsil ocağında 300-ə yaxın şagird təhsil alır.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar