Xəbər lenti
"Məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında boşluqlar var" - Nadir İsrafilov
Xəbər verdiyimiz kimi, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib.
Məlumata görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.
Qeyd edək ki, Azərbaycanda zaman-zaman məktəb direktorları ilə bağlı bu kimi problemlər yaşanır.
Bəs, niyə məktəb direktorlarının təyinatı problemlidir?
Manevr.az bildirir ki, mövzu ilə bağlı redaktor-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, Zaqataladakı məktəblə bağlı araşdırma nə qədər tez başa çatdırılarsa, etirazçılara və ictimaiyyətə qəbul edilən qərar barədə nə qədər tez məlumat verilərsə, məsələnin həlli də bir o qədər tez çözülmüş olar.
Onun sözlərinə görə, məsələnin nizama salınması qəbul ediləcək qərarın nə dərəcədə obyektiv olub-olmamasından asılıdır:
"Yəni, araşdırma tam başa çatmayana və müvafiq qərar qəbul olunmayana qədər, hər hansı bir konkret fikir söyləmək obyektivlikdən kənar olub, söz demək xatirinə söz demək anlamına gələ bilər. İlkin olaraq təkcə onu deyə bilərəm ki, əgər yeni direktor çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş məktəbin əvvəlki direktorunun yerinə gəlibsə, bu halda aksiyanın qabaqcadan planlaşdırılması da istisna olunmaya bilər. Çünki, bu kimi hallarla təhsil praktikamızda heç də az üzləşməmişik. Digər bir məsələ yeni direktorun vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlamasıdır. Bu da bizim bir çox rəhbər işçilərimiz üçün xarakterik hal olub, heç də yeni metod sayıla bilməz. Bizlərdə bu, adətən “köhnə bazara təzə nırx” qoymaq kimi qəbul edilir və bir çoxları tərəfindən həzm olunmur. İstənilən halda ciddi araşdırılmalıdır ki, yeni direktor tərəfindən heç “üçü çıxmamış" tətbiq etdiyi “yeni qadağalar” nədir, bunların birbaşa təhsil qanunvericiliyi ilə əlaqəsi varmı, yoxmu... Yəni, etiraz var deyə direktoru işdən azad etmək də ədalətsizlikdən başqa bir şey olmayıb, sadəcə “gözə kül üfürmək”dən başqa bir anlama gəlməz. Yox, əgər bu qadağalar yeni direktorun ilk gündən "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipindən irəli gəlirsə, bu məsələnin başqa tərəfidir və müvafiq ölçü götürülməsi üçün əsaslı şərtdir".
Təhsil ekspertinin sözlərinə görə, istənilən halda araşdırmanın nə ilə sonunclanacağından asılı olmayaraq məlum olanı odur ki, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq:
"Son olaraq onu da xatırlatmaq yerinə düşər ki, məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar