Xəbər lenti
Apreldən məktəblərdə yeni formalar tətbiq olunacaq? - Açıqlama

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması könüllülük əsasında tənzimlənir:
"Şagirdlər ötən tədris ilindəki məktəbli geyimlərindən də istifadə edə bilər və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.
Qeyd olunan məsələ ilə bağlı valideynləri maraqlandıran hər hansı sual olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində yeni geyim formalarının məcburi olmayacağını açıqlamışdı.
Onun sözlərinə görə, artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. sonxeber.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar