Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil haqqında qanuna dəyişiklik təsdiqləndi

Tarix: 10-02-2023 18:44     Baxış: 3357 A- / A+


Təhsil haqqında qanuna dəyişiklik TƏSDİQLƏNDİ Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Manevr.az xəbər verir ki, dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
 
Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar