Xəbər lenti
Nadir İsrafilov: “Nəyə nail olmuşamsa, bu, gəncliyimdə mənə verilən dəstəyin hesabına olub”
Nadir İsrafilov
"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır"
Heydər Əliyev
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Gənclərlə bir arada olmaq, onlara ən azından mənəvi dəstək verməyin nə olduğunu yaxşı başa düşürəm. Bu, artıq mənim bir növ həyat kredoma çevrilib. İllər keçsə də heç yadımdan çıxmır, 70-ci illərin sonu idi. Aspiranturanı yenicə bitirib kiçık elmi işçi kimi Nazirliyin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Bir müddət Təhsil Problemləri İnstitutu, hazırda Təhsil İnstitutu) fəaliyyətə başlamışdım. Qəfil bir telefon zəngi məni bərk həyəcanlandırdı: ”Maarif Naziri Mehdi Mehdizadə sizi görmək istəyir, sabah saat 11-də onun yanında olmalısınız”. Narahatçılığımdan gecəni səhərədək gözümə yuxu getmədi. Ağlıma cürbəcür fikirlər gəlirdi, öz-özümə düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik elmi işçı ilə nə işi ola bilər… Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: “Keçin içəri, akademik sizi gözləyir”- dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:”Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var”. Cavabımı gözləmədən sözlərinə davam etdi: ”Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin”. Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək, narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan, o zamanın ən məşhur və nüfuzlu “Sovetskaya pedaqogika” jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrdən ən yaxşıları seçilərək, jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənım tezislərim də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni yanına təşəkkürünü bildirmək üçün çağıtdırıbmış. Ümumittifaq miqyaslı akademik nazirin bir gənc olaraq mənə olan diqqət və qayğısı şəxsi nümunə etalonu olaraq düşüncə tərzimə həkk olundu, mənim elmə təhsilə olan marağımı birə beş artırdı. Bəli, sonrakı karyera inkişafımda nəyə nail oldumsa, bu, gəncliyimdə mənə verilən mənəvi dəstəyin hesabına oldu. Gənclərə də tövsiyəm odur ki, ilk növbədə sizə veriləcək dəstəkdən lazımınca bəhrələnin və vaxtı gələndə öz dəstəyinizi gələcək nəsillərdən əsirgəməyin. Mən təhsildə inkişaf və tərəqqini gənc nəsillə yaşlı nəslin birgə və qarşılıqlı əməkdaşlığında görürəm…
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar