Xəbər lenti
Emin Əmrullayevin Sumqayıtda keçirdiyi qəbuldan narazılıq - "Bu, vətəndaşları ələ salmaqdır"
Nazir Emin Əmrullayevin Sumqayıt şəhərində keçirdiyi qəbuldan narazı qalan bir qrup vətəndaş redaksiyanın elektron poçtuna şikayət məktubu ünvanlayıb.
Manevr.az sözügedən məktubu oxuculara təqdim edir:
"Dövlət başçımız İlham Əliyev cənabları hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedənlər məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.
bir neçə gün öncə bütün xəbər saytlarında nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri vətəndaşları qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00 kimi olmasına baxmayaraq əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da oranı tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib. Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt şəhərinə üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra kor peşiman evlərinə döndülər. Dövlət məmuru hər zaman öz mövqeyi, dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insan olmalıdır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonra vaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə, insanların heysiyyətınə toxunmaq, sadə vətəndaşları ələ salmaqdır. Bütün bunlar azmış kimi, bütün xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı yazıları dərc etdirməyi Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik. Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini bilmirdisə, ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi. Xahiş edirik, bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev cənablarına və xalqımıza çatdırılması üçün saytınızda dərc olunmasını təmin edəsiniz. Öncədən sizlərə minnətdarıq.
Hörmətlə, bir qrup vətəndaşlar adından;
1.Bayramova Aytəkin
2.Bəylərova Türkanə (055 257-20-28)
3.Babayeva Xalidə
4.Şabanov Kamil (051 881-21-21)
5.Qəhrəmanova Mehriban
6.Bəylərov Rafiq (070 346-80-69)

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar