Xəbər lenti
"Bizim şuralar alim yox, kvazialim istehsal edir" - Professor
Düşüncə elə dəyişməlidir ki, universitet müəllim və tələbələrin mexaniki cəminə yox, bütöv canlı orqanizmə çevrilsin.
Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsinin müzakirəsi gözlənilir. Hesab edirəm ki, qanun layihəsində bəzi məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Təhsildə problem və qüsurlar o qədər çoxdur ki, onların kölgəsində əldə olunan uğurlar belə dqqəti cəlb etmir. Düşüncəmə görə, bu problemlərin yaranmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb bundan ibarətdir ki, bəşəri təhsilin hamı tərəfindən qəbul edilən aydın fəlsəfəsi və elmi əsası yoxdur. Tarix boyu təhsil təkamül yolu ilə inkişaf edir. Digər sosial sahə olan tibbidə indiyə kimi 100 nəfərdən çox alim Nobel mükafatı alıdığı halda, təhsildə bu səviyyəyə qalxan bir uğur belə yoxdur. Tibbidə irəliləmə hərəkatı var, təhsildə irəliləmə yox, ancaq fırlanma hərəkatı var. Subyektiv qüsurlar subyekin düşüncə tərzindən, baxışından asılıdır. Bu qüsurları da iki yerə bölmək olar: əsas və törəmə qüsurlar. Fikrimcə, əsas qüsurlar aradan qalxarsa, bir çox törəmə qüsurlar baş verməz. Əsas qüsurları aradan qaldırmaq üçün istinad nöqtəsi kimi ulu öndər Heydər Əliyyevin fəlsəfəsindən bəhrələnmək lazımdır. Təhsil siyasəti ilə bağlı ulu öndərin yüzlərcə dəyərli fikirləri var ki, onlardan bir neçəsini yada salaq:
*Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intelektual cəhəhətini əks etdirən bir sahədır. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır.
*Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
*Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli, yüksək təfəkkürə, yüksək biliyə malik olan insanlarıdır.
*Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Bu aforizmlərdən görünür ki, təhsil vacib sahədir. Ancaq mürəkkəb sahədir. Ona diqqətlə yanaşmaq lazımdır. Təhsil prosesinin əsas subyekti olan müəllimi hörmətdən salmaq olmaz! Sosial mediyanı izləyəndə, bunun tam əksini görürük. Müəllimə baxış dəyişməlidir. Müəllimin bankirdən sosial fərqini başa düşmək lazımdır. Fərq isə bundan ibarətdir ki, müəllim gülərsə millət də gülər. Bu sadə və şərəfli həqiqəti bankirə, oliqarxa şamil etmək mümkün deyil. Məktəbə, müəllimə iki cür baxış mövcuddur: adminstrativ və demokratik. Birinci baxışın tələbinə görə, öyrənci və öyrətmən nazirliyin göstərişlərinə əməl etməlidir. İkinci baxışa görə, nazirlik təhsilin keyfiyyətini yeksəltmək niyyəti ilə öyrənci və öyrətmənə kömək etməlidir. Yüksək mövqeli təhsil məmurdan soruşsan ki, təhsildə vəziyyət necədir? - təqribən cavab belə olar: “sənayedə, təbabətda, kənd təssərüfatında, ticarətdə vəziyyət necədirsə, təhsildə də elədir”. Bu sualı ziyalıdan soruşsanız, “mən siyasətlə məşğul olmuram”- cavabın da eşidə bilərsiniz. Belə münasibətlər qəbuledilməzdir. Əgər sənayedə, təbabətdə vəziyyətin qənaətbəxş deyilsə, deməli, təhsilin cəmiyyətdə yeri düzgün müəyyən edilməyibdir. Təhsilə baxış düz deyildir. Yüz il öncə Həsən bəy Zərdabı var- dövlətini xərcləyərək məktəb açırdısa, indi akademik titullu adamlar varlanmaq üçün toyxana, restoran açır. Düşüncə çox korlanıbdır, Zərdabi düşüncəsinə qayıtmalıyıq. Bunu ancaq təhsillə dəyişmək olar. Min illik tarixi təcrübə öyrədir ki, “özünü dəyişmək istəyirsənsə düşüncəni dəyiş”. Düşüncə elə dəyişməlidir ki, universitet müəllim və tələbələrin mexaniki cəminə yox, bütöv canlı orqanizmə çevrilsin. Belə olanda tələbənin dərdini müəllim, müəllimin problemini rektor duyar, nəticədə universitet canlanır. Ona görə Qanunda dövlətimizin banisinin və qurucusunun fəlsəfəsi, fikirləri düşüncəsi nəzərə alınmalıdır. Düşüncəmə görə, təhsildə olan fundamental qüsurların həlli üçün "Ali təhsil haqqında" Qanunda bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm.
1.Elmi dərəcələrin verilməsinin fəlsəfəsi. Çağdaş müdafiə Şuralarda alimlik adı almaq üçün keçirilən müzakirələrdə təqribən 25-30 nəfər mütəxəssis alimin (rəhbər, opponent, Şura üzvlər) iştirak edir. Müdafiə zamanı bir neçə mənafe üz –üzə gəlir. İddaçı və rəhbər şəxsi mənafenin, opponetlər dövlətin mənafesinin müdafiəçisi kimi çıxış edirlər. Şura üzvləri öz elmi sahələrinin alimlərinin mənafesini müdafiə edirlər. Çağdaş müdafiə Şuralarında rəhbər və iddaçının mənafesi digər iki mənafeyə üstün gəlir. Ona görə istənilən dəyərsiz elmi işin müəllifi çox asanlıqla alim (fikrimcə:alim deyəndə sutkada 24 saat özünü elmə həsr edən tədiqatçı nəzərdə tutulur) adını alır. Dünya praktikasında elmi dərəcələri universitetlər verirlər. Bu yanaşma daha sadə və doğru sayılır. Elmi dərəcə, 3-4 tanınmış mütəxəssis alimin birgə qərarı ilə verilir. İddiaçı müdafiədən sonra, həmin gün diplomunu ala da bilər. Süründürməçilik yoxdur. Əgər alimlik adının veriməsində kobud səhv, etik normalar pozulubsa, onda məsuliyyət bu 3-4 alim arasında bölüşülər və ictimailəşdiriliər. Nəticədə bu alimlər cəmiyyətdə hörmətlərini itirərlər...
Ölkəmizdə həqiqi alim potensialı təqribən 2000-3000 nəfər olar. Ancaq bizim Şüralar alim yox, kvazialim istehsal edir. Qeyd etmək kifayətdir ki, 2022-ci ildə müdafiə edilən 649 dissertasiya işindən 427-si AAK tərəfindən geri qaytarılıb. (Şübhəsiz, bu alqışa layiq fəaliyyətdir). Bu o deməkdir ki, müdafiə Şuralarında alimlər öz sıralarının saflığın qoruya bilməyiblər. Bu qüsur səbəbindən ölkə üzrə alim diplomlularımızın sayı 20 000-ə qədərdir. Əgər 2022-ci il üçün olan rəqəmlərdən meyar kimi istfadə etsək, onda 20000 alimin təqribən 13.000 nəfəri kvazialim, yəni kəramətsiz alimdır. Qeyd edək ki, elmin idarə olunmasında mövcud olan bütün “dəstəklərin” çoxu kəramətsiz alimlərin əlindədir. Onlar həqiqi alimlərin elmin idarəedilməsinə buraxmırlar. Misallar çoxdur. Kəramətli alimlər vəziyyəti mətbuata söyləyir, bir nəticəyə nail olmayanda, çıxıb xaricə gedirlər. Bu prosesin dövləti mənafeyə zidd cəhəti bundan ibarətdir ki, kəramətsizlər ölkədə qalırlar, kəramətliər isə xaricə gedirlər və onların səsi xaricdən gəlir. Elm ağacı bar vermədiyindən, dövlət elmə çox az pul ayırır. Dövlət kişiləri elmin kəramət sahibi olmadığını yaxşı bilirlər. Və onu da yaxşı bilirlər ki, elmin büdcəsini on qat artırsalar da fayda verməyəcəkdir. Olkəmiz 200 illik Qarabağ problemini 44 günə həll etdi. Düşmən üzərində möhtəşəm qələbə çaldı. Şanlı ordumuz öz sözünü dedi. Ancaq alimlər öz boyun yükünü çəkə bilmədilər. Qarabağda qələm qılınca uduzdu. Əgər 13200 alimin hər biri, elmi dildə (ingilis, rus, alman, fransız) 10 səhifəlik publisistik məqalə yazıb, Qarabağ həqiqətlərini dünyaya çatdırsaydılar, bu 132 000 səhifəlik bir Qarabağnamə kitabı yaranardı. Başqa sözlə, Qələbəyə ordu qədər, alim dəstəyi olsaydı onda bu gün, siyasətçilərimizin üzərinə çox az yük düşərdi. Ermənilər sulhə imza atmağa tələsərdilər. Nə yaxşı ki, Akademiyada reforma başlayıb, dərinləşməsini arzu edək.
2.Rektor seçimi. Ali təhsil sistemində rektor, təhsilin məzmunu və təşkili ilə bağlı qərar verən şəxsdir. Ölkə təhsil sistemində aparıcı fiqurlarındandır. Uğurlu rektor təyinatının əhəmiyyəti çox böyükdür. Bu səbəbdən 20 il öncə Təhsil qanunu layhiəsində rektorların seçimində həm inzibatı, həm də demokratik üsululdan birgə istifadə etmək nəzərdə tutulmuşdur. Beləki, seçilərək birinci üç yeri tutmuş namizədlər nazirliyə təqdim olunur. Nazirlik öz fikrini və namizədləri ölkə başçısına təqdim edir. Ölkə başçısı demokratik yolla seçilmiş bu namizədlərin birini rektor təyin edir. Həmin dövrdən 20 ildən çox zaman keçib. 2014 –cü ildən “İctimai iştirakçılıq haqqında” qanun qüvvədədir. Bu qanunun gücündən istifadə edərək, bu məsələdə bir az da irəliyə getmək mümkündür. Dövrün tələbinə uyğun rektorların təyinatının zamanı artıq çatıbdır. Ölkə miqyasında on minlərlə alimi müəllimlərin bu işə cəlb edilməsinin hikməti böyükdür. Rektor seçimində alimlərin bu işə cəlb edilməsi, bir tərəfdən “İctimai iştirakçılıq haqqında” qanunun həyatda bir başa tətbiqidir. Digər tərəfdən rektor fəaliyyətinə inzibatı (kənar) nəzarəti, ictimai (daxili) nəzarətə keçirər. Universitetlərə müstəqillik verilməsini aktualaşdırar. Bununla da ali məktəblərin qıçına vurulmuş buxov açılar. Bu cür seçilmiş və təyin edilmiş rektorla müəllim kollektivi arasında bağlılıq yaranır və universitet canlı orqanizmə çevrilər.
Alim müəllimlərin ictimai məsuliyyətini artırar. Bu gün ali məktəblərdə fəaliyyət göstərən ictimai şuraların üç illik fəaliyyətinə yaxından bələd olan şəxs kimi deyə bilərəm ki, şuraların ali təhsil müəsisələrinə ictimai nəzarəti arzu olunan səviyyədə deyil. Bu Şuralar təhsilə nəzarət prosesində subyekt kimi yox, daha çox obyekt kimi şıxış edirlər. Hesab edirəm ki, ali məktəblərin ictimai şuraların təhsil nazirliyinin nəznindəki ictimai şura ilə birgə fəaliyyətinə ehtiyac duyulur.
3) Təhsil ocaqlarına tələbə qəbulu zamanı təhsil texnologiyasının istifadəsində qüsurlar da var. Abituriyent test imtahanında yığdığı balla uyğun olaraq ali məktəbi, ixtisası, məkanı (şəhəri) özü seşməlidir. Bu seçimdə nə DİM, nə də universitetlər qərar qəbul etməməlidir. Qərarı və secimi öyrəncilər özləri etməlidirlər. Belə olarsa, törəmə qüsur olan və “köçürmə” adlanan zərərli əməliyyatlar aradan qalxar. Şübhəsiz, digər üstünlüklər də var. Belə ki, rüşvətin idarəolunandan idarəedən tərəfə axması, məlumdur. İnzibat təyinatda həmişə rüşvət potensialı var. Ancaq seçimi abituriyent özü edəndə, bu rüşvət potensislını 100% aradan çıxarır. Üstünlük bu qədər sadə! Uzun illərdi ki, təhsil texnologiyasının qüsurlu tətbiqi nəticəsində ölkə gənclərinin bir qismi xarici universitetlərə üz tuturlar. Nəticədə həm xaricə valyuta axır, həm də talantlı gənclərin çoxu vətənə qayıtmır. Müstəqillikdən qabaq neftdən nə itirirdiksə, indi də talantlı gəncləri gümüş boşqablarda xaricə hədiyyə etməklə, daha boyük itkilərə məruz qalırıq. Üzeyr bəy, S.Vurğun, Y.Məmmədəliyev, A.Mirzəcanzadə, X.Yusifzadə potensiallı parlaq gənclərimizi itiririk. Onlar XXI əsrdə bizə yox, bizi sevməyənlərə qulluq edəcəklər. Onların bizə xaricdə diaspora yaratması isə, sui-qəsd nəzəriyyəsinin yaratdığı mifdən başqa bir şey deyildir.
Yeri gəlmişkən, universitetlərə maqistr qəbuluna də toxunmaq istəyirəm. Mətbuatdan məlumdur ki, ölkəmizdə bir çox tələbə magistratura pilləsi üzrə təhsili almaq istəmir. Onların çoxu magistraturada təhsilin kifayət qədər yaxşı verilməməsindən narazı olub, xarici ölkələrə üz tutur. Bu faktın yaranma səbəbini araşdırılmasına ehtiyac var. Keçmiş təhsil ənənəsinə görə hər professor 3-4 diplomçuya rəhbərlik edərdi. Bu diplomçulardan kimin elmə həvəsi, qabiliyyəti yüksək olardısa, rəhbər onu magistr kimi seçərdi və bu haqqda kafedraya məlumat verərdi. Magistri dekan seçməzdi, kafedra müdiri seçməzdi, onu dipom rəhbəri (imtahansız- filansız) özü seçərdi. Maqistrlərə əlavə baryerlərin yaradılması onun sonunun gətirəcəyi əvvəlcədən görünürdü. Magistraturaya qəbul imtahanla aparmaq milli mənafeyə və məntiqə ziddir. Bu işi universitetlərin öz ixtiyarına buraxmaq lazımdır. Bu imtahan 5-ci kalonun arzusuna tam uyğundur. Qazandığımız Zəfəri əlimizdə möhkəm saxlamaq üçün gənclərimizin yüksək təhsil almasına qayğı göstərməliyik. Sonda məqaləya ulu öndərin bir tövsiyəsi ilə nöqtə qoyuram:“Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artmalıdır”. Bu fikirlərin qanun layhiəsində nəzərə alınacağı ümidi ilə,
Prof. Şahlar Əsgərov,
Əməkdar elm xadimi
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar