Xəbər lenti
“İndiki magistrlərə dərs demək cəhənnəm əzabıdır”- Professordan DİM-ə şikayət
Hazırda, ölkəmizdə bir çox tələbə magistratura pilləsi üzrə təhsil almaq istəmir. Onların çoxu magistraturada təhsilin kifayət qədər yaxşı verilməməsindən narazı olub xarici ölkələrə üz tutur.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında magistr tələbələrinə rəhbərlik etməkdən imtina etdiyini bildirib:
“Mən bu günün gələcəyini gözləyirdim. Anlayırdım ki, nə vaxtsa magistr qıtlığı olacaq. O vaxt da gəldi. Mənim 5-6 il öncə bir magistr tələbəm var idi. O, magistr işini qurtarana kimi mən çox əziyyət çəkdim. Səbəbi də bu oldu ki, bu magistr DİM xətti ilə gəlib. Qız tərbiyəli idi, ağıllı idi, ancaq biliyi çox zəif idi. Onun magistr işinə rəhbərlik etmək mənə çox əziyyət verdi. Rəhbərlik üçün nəzərdə tutulan 35 saatdan 3 qat çox vaxt sərf etdim. Bu magistrdən sonra kafedra müdirinə dedim ki, mənə magistr yükü verməyin. O gündən magistrlərə rəhbərlikdən imtina etdim. Mən diplom rəhbəri olduğum tələbələrimlə indi də əlaqə saxlayıram. Çünki gördüyümüz diplom işindən vaxtında həm diplomçu, həm də rəhbər məmnun qalıb. Xaricdə yaşayan, nəvələri olan diplomçularla indi də sosial şəbəkələr vasitəsi ilə bayramlaşırıq”.
Professor, həmçinin bildirib ki, DİM bəzi məsələlərə qarışmamalıdır:
“Bilmək lazımdır ki, magistr işi ali təhsilin son, elmi təhsilin ilk pilləsidir. Keçmişdə elmi ənənəyə görə hər professorun 3-5 diplomçusu olardı. Bu diplomçulardan kimin elmə həvəsi, qabiliyyəti yüksək olardısa, rəhbər onu magistr kimi özü seçərdi, bu haqqda kafedraya məlumat verərdi. Magistri kafedra müdiri seçməzdi, dekan seçməzdi, dipom rəhbəri özü seçərdi.
İndi DİM-in göndərdiyi magistrlərə rəhbərlik etmək cəhənnəm azabı çəkmək kimi bir şeydir. Başa düşmürəm ki, insanlar aidiyyəti olmayan işə sərəncam verməyə niyə maraqlıdırlar. 4 təkərli minik maşının altına zorla 5-ci təkəri niyə qoyurlar.
Məncə, bu, kafedranın öz daxili işidir. Heç zaman bu işə nə kafedra müdiri, nə də rektor qarışmalıdır. Fikrimcə, bu işin DİM-ə isə heç dəxli yoxdur. Yeri gəlmişkən, birinci sinifə şagird qəbulunun da Elm və Təhsil Nazirliyinə aidiyyəti olmamalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar