Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərə qəbul üçün keçiriləcək sınaq imtahanının tarixi açıqlandı

Tarix: 27-01-2023 12:37     Baxış: 3259 A- / A+

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.
DİM-dən verilən xəbərə görə, sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-da başa çatacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.
İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
Qeyd: I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar