Xəbər lenti
Azərbaycanlı alimin Omandakı addımı

Dissertasiya işi livanlı yazıçı Cübran Xəlil Cübran (1883 – 1931) və azərbaycanlı yazıçı Hüseyn Cavidin (1882 – 1941) əsərlərində qadın obrazlarının tədqiqinə həsr edilib. Sözügedən dissertasiyada Cübranın “Marta əl-Baniyyə”, “Varda əl-Hani”, “Kafir Xəlil” hekayələri, “Qırıq qanadlar” romanı, Hüseyn Cavidin “Ana”, “Maral” və “Afət” pyeslərində iştirak edən qadın qəhrəmanlar arxetipik obrazlar şəklində tədqiq edilib. Müəllif müqayisəli ədəbiyyatşünaslığın Amerika məktəbini əsas götürməklə yanaşı, Cübranla Cavidin yaşadığı dövrün tarixi, ictimai, siyasi və mədəni mənzərəsinə də geniş yer vermişdir. Tədqiqatda hər iki yazıçının müxtəlif mövzularda romantizmlə üst-üstə düşən şəxsi mövqe və baxışları, eləcə də tədqiq olunan əsərlərin bədii strukturunda istifadə edilmiş metodlar öz əksini tapmışdır. Elmi Şurada İngilis dili və ədəbiyyatı kafedrasından Dr. İzzə əl-Kindi sədr, Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. İhsan Sadiq Əlləvati elmi rəhbər və Dr. Məhrus əl-Quləli daxili ekspert, Suhar Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Nidal əş-Şəmali və II Əlcəzair Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Vəhid bin Bu Əziz isə xarici ekspert qismində iştirak ediblər. Elmi Şuranın qərarına əsasən doktorant Rəşad Həsənova ərəb ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Qeyd edək ki, Rəşad Həsənov ali təhsilinin bakalavr pilləsini Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakültəsində, magistr pilləsini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində alıb. Soydaşımız doktorluq dissertasiyasını müdafiə etmək üçün Omandakı Sultan Qabus Universitetini seçib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar