Manevr.az bildirir ki, bu barədə lent.az-a universitetə qəbul olan Zülfiyyə Kişiyeva özü məlumat verib.
"Xaçmazda anadan olmuşam. Ailəm Bakıya köçdüyü üçün təhsilimi Gənclik İstək liseyinə davam etdirmişəm. İstək liseyi bağlandıqdan sonra isə Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına getdim, bu ilin yayında oradan məzun oldum.
Xaricdə təhsil alacağıma 6-7-ci sinifdən qərar verdim. Hazırlaşaraq SAT və İELTS kimi xarici universitetlərə qəbul imtahanlarından yüksək bal topladım. Bundan əlavə olaraq müxtəlif universitetlərin yay kamplarında (Stanford Unversitetinin Riyaziyyat Kampı, Kanada/Amerika Riyaziyyat Kampı (mathcamp.org) və s.) iştirak etmişəm.
Bu ilin noyabrında isə özüm tək olaraq (heç bir xaricdə təhsil kursunun köməyi olmadan) Stanford Universitetinə müraciət etdim. Beləliklə, dekabrın 17-si qəbul xəbərimi aldım. Qeyd edim ki, mən 100% təqaüd ilə qəbul oldum, 85000 dollar alacam".