Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov İlahiyyat İnstitutunu ziyarət edib

Tarix: 22-12-2022 17:22     Baxış: 4446 A- / A+
Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru, professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ rektoru, dosent Aqil Şirinov D.Muxetdinovu salamlayaraq, qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Daha sonra İnstitutun hazırkı fəaliyyəti, tədris prosesi, təhsilalanlar barədə geniş məlumat verib. A.Şirinov imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilə biləcək layihələr barədə danışıb, təkliflərini səsləndirib. Daha sonra Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Mİİ-də aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verib. O, əməkdaşlıq memorandumu çərçivəsində tələbə mübadiləsi, bir sıra digər layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib. Görüşdən sonra “Müasir İslam düşüncəsi” mövzusunda seminar təşkil olunub. Aİİ əməkdaşları və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə Mİİ rektoru Damir Muxetdinov və Aİİ rektoru Aqil Şirinov çıxış ediblər. Seminarda Allahın varlığı, fərqli Tanrı təsəvvürləri, İslam düşüncəsində müxtəlif məktəblərin rolu, radikallaşma və digər mövzular haqqında bəhs olunub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar