Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Yaşlı müəllim” və ya “cavan müəllim” deyilən bir təsnifat yoxdur..."

Tarix: 20-12-2022 18:32     Baxış: 3418 A- / A+
Nadir İsrafilov 

Yaşlı müəllimlər” və “cavan müəllimlər” deyilən belə bir təsnifat yoxdur. 
Təcrübəli müəllimlər var, təcrübəsiz müəllimlər var, nüfuzlu müəllimlər var, nüfuzsuz müəllimlər var. Yaşlılığından asılı olmayaraq, canla-başla işləyən müəllimlər var, bir növ baş girləyən müəllimlər var. Bu peşəni sevərək seçənlər var, bu peşəyə təsadüfən yiyələnənlər var. Bu barədə tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşım edib.
 
Ekspert hesab edir ki, “Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər və əksinə, əksər cavanlar  özlərini yaşlılardan daha üstün və güclü sayırlar” kimi yanaşmalar absurd mövqe sərgiləməkdən başqa bir şey olmayıb, yaşlı və gənc nəsil arasında qarşıdurma yaratmağa yönələn cəhdlərdən biri hesab oluna bilər.
 
Ümumiyyətlə yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini Yaş senzinə görə  yüksək bal toplayanları  qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə, təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz əksinə, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə bir zərbə olar. 
Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda   mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən,  “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar