Xəbər lenti
“Çətin məktəbli” layihəsi çərçivəsində sonuncu vebinar keçirilib

Valideynlərin və məktəblilərin iştirak etdiyi tədbirdə layihə rəhbəri, Ağsu Rayon Kəndoba kənd tam orta məktəbinin tarix müəllimi Kərimli Elnur Mayıl oğlu layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, "Layihə çərçivəsində psixoloji-pedaqoji təsir metodlarının köməyi ilə çətin tərbiyə olunan şagirdlərlə iş aparmaq, yeniyetmələr arasında qanun pozğunluğu hallarının azaldılması, şagirdlər arasında intihar hallarının, intihara aparan səbəblərin aradan qaldırılması kimi hədəf istiqamətləri müəyyən edilib. Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində yaradılmış “Məktəb-Valideyn assosasiyası”nın tədbirlər planına uyğun olaraq “Səriştəli valideyn” proqrami təsis edilib. Proqram çərçivəsində 1000 ədəd maarifləndirici flayer hazırlanaraq Ağsu rayon Ümumtəhsil məktəblərinin şagirdlərinə təqdim olunub.
Peşəkar təlimçi tərəfindən layihə çərçivəsində tematik vebinarlarin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, layihənin sosial şəbəkədə səhifəsi yaradılıb. Tədbirdə çətin tərbiyə olunan və yeniyetməlik dövrünü çətin keçirən məktəblilər üçün stimullaşdırıcı psixoloji yardım vasitəsi Sosial media hesabı barədə məlumat verilib, maarifləndirici flayerlər məktəblilərə təqdim olunub. Tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılıb. Tədbir çay süfrəsi ilə başa çatıb.



















Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar