Xəbər lenti
“Qəbul qaydaları ilə bağlı iki əsas seçim var...”-Nadir İsrafilov
“Yox, əgər bunun mümkünsüzlüyünün real səbəbləri varsa, rəsmi açıqlama verilsin ki, problemə birdəfəlik nöqtə qoyulsun.”
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.
Manevr.az AzEdu.az-a istinadən xəbər verir ki, “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır. “Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın”- M.Qasımlı söyləyib.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə ön sıralarda olması üçün ölkədə tədqiqat universitetləri yaradılmalıdır: “Elmi tədqiqat sahəsində, təhsildə, dərsliklərdə sosial məsələlərdəki problemlər araşdırılmalıdır. Bunun üçün müəllim və tələbələr birlikdə araşdırmalar aparmalı, universitetlərdə dərslər interaktiv formada keçirilməlidir”.
“Qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təklifin neçənci olduğunu artıq unutmuşam. Neçə illərdən bəridir ki, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləmişik, ali təhsilin hamı üçün əlçatan olması kursu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələləri ilə rəqabətə başlamışıq, digər tərəfdən isə ” Ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi kimi təkliflər səngimək bilmir.”
Bu fikirləri isə, sözügedən məsələyə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib.
Ekspertin sözlərinə görə, hələ neçə il bundan öncə gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanlarının sadələşdirilməsi, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac olmaması, abituriyentlərə ixtisas seçimi azadlığı verilməsi, ali təhsildə liberal qaydalara üstünlük verilməsi kimi məsələlərlə bağlı geniş təkliflər paketi hazırlanmışdı.Yəqin ki, təhsillə bağlı maraqlı tərəflərin bir çoxu bilməmiş deyil ki,"İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir. Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır. Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.
Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirərkən, məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı vermək üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə rəsmi açıqlama vermişdi. Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da qaldırılan məsələ bir neçə deputat tərəfindən dəstəklənmişdi.
Belə görünür ki, dilemma qarşısında qalmışıq. Ya əlavə məsrəflərə yol verməmək baxımından qəbul imtahanlarının forma və məzmununu dəyişərək sadələşdirilməlidir, ya da məsələyə lazımi vəsait cəlb edilməsi imkanlarını nəzərdən keçirmək üçün dövlət səviyyəsində müdaxilə edilməlidir. Yox, əgər təklifin reallaşmasının mümkünsüzlüyünün bizə məlum olmayan digər obyektiv səbəblər varsa, rəsmi açıqlama verilməlidir ki, problemə birdəfəlik nöqtə qoyulsun.”

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar