Xəbər lenti
Azərbaycanda erməni dili ilə bağlı tədris proqramlarına ehtiyac varmı? – Nadir İsrafilovdan AÇIQLAMA
Son zamanlar müzakirə edilən mövzulardan biri də Azərbaycanda erməni dilinin öyrənilməsidir. Əksəriyyətin fikrincə, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlər olmalı, bu dil məktəblərdə tədris olunmalıdır.
Azərbaycanda erməni dili ilə bağlı tədris proqramının yaradılmasına ehtiyac varmı?
Manevr.az bildirir ki bununla bağlı Sfera.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, əbədi düşmənlərimizin dilini bilsək də, bilməsək də onların alçaq xisləti, mənfur niyyəti onsuz da hamıya bəllidir:
“Ölkəmizdə erməni dilini öz dilimizdən də yaxşı bilən kifayət qədər insan var. Öz doğma ana dilimizi, ta qədimdən bu yana şanlı tariximizi, zəngin mədəniyyətimizi dərindən bilsək, bunun özü elə erməniyə tutarlı cavabdır. Bununla belə bəzi mətbuat səhifələrində, sosial mediada erməni dilinin tədrisinin zəruriliyi barədə müəyyən fikirlər səsləndirilir, Ermənistanla yaxınlaşmaq, Qarabağ ermənilərinin Azərbaycan sosiumu ilə inteqrasiyası üçün mütəxəssislər lazım olduğu bildirilir, universitetlərdə “Ermənistanşünaslıq” fakültəsinin yaradılması ilə bağlı və digər bu kimi təkliflər irəli sürülür. Belə təkliflərin içərisində “bizim onlara cavab vermə imkanımız olsun deyə, erməni tarixi ilə bağlı məlumatların dərsliklərdə yer alması” barədə təklif də var.
Təklifi irəli sürən hesab edir ki, biz erməni tarixini gizlətməli yox, onu öyrətməli, Cənubi Qafqazda olan proseslər haqqında məlumat verməliyik. O cümlədən hesab edilir ki, bu istiqamətdə dərsliklərdə informasiyalar yer almalı və onlar şagirdlərə ötürülməlidir. Sanki öz tariximizdəki informasiyaları elə ötürmüşdük ki, bir qalmışdı, erməni informasiyalarını ötürmək. Görəsən, onsuz da lazımsız informasiyalarla yüklü olan öz tarix dərsliklərimizə Ermənistan tarixinin saxta informasiyalarını yükləmək hansı zərurətdən irəli gəlir. O ki, qaldı kimlərinsə fikrincə, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlərin olmasına, bəli, ermənilərin buna ehtiyacı var. Musiqimizi, rəqslərimizi, mətbəximizi və hətta ata-baba torpaqlarımız özününkiləşdirib mənimsədikləri kimi, dilimizə də göz dikmək niyyətləri onların qanından, genindən irəli gələn xüsusiyyətləridir”.
“Bildiyim qədər 2005-ci ildən Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Artıq bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində də erməni dili tədris olunur. Hətta bu universitetdə Erməni Araşdırmaları Mərkəzi də fəaliyyət göstərir, “Erməni dilinin qrammatikası” dərsliyi belə nəşr olunub. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində də erməni dilinin tədrisinə başlanılıb. Hətta Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən Universitet tədqiqatçıları üçün kurslar yaradılıb. Universitetdə Elmi-Tədqiqat Mərkəzi də fəaliyyət göstərir. Daha nə lazımdır...? Bir neçə dil bilməyin heç bir ziyanı yoxdur, lakin yerində və qədərində. İşdir, erməni dilinin tədrisinin orta məktəblərə gətirilib kütləviləşdirmək kimi bir tendensiya yaransa, bu cəhdi erməni dəyirmanına su tökməkdən başqa bir şey adlandırmaq olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar